Dərc edildi: Baxış sayı: 876
İspaniya çimərliklərində spirtli içkilərə görə cərimə tətbiq olunacaq
1 aprel tarixindən ispan kurortlarında ictimai alkoqol istifadəsi üçün 3000 avro cərimə tətbiq olunacaq.
Mayorka adlı ispan adasında çimərliklərdə spirtli içkilər içənlər cərimə ediləcək. 1 aprel tarixindən kurort rayonunun mərkəzi və sahilyanı ərazilərində alkoqolun ictimai istifadəsi qadağan olunur. Qanun pozuntusu üçün cərimənin məbləği 3000 avrodur. Restoran və barlarda alkoqolu küçə və vitrinlərdə reklam etməyə icazə verilmir. Alkoqol aksiyaları da qadağandır. Yerli hökumət bütün bu tədbirləri sərxoş turistlərlə mübarizə aparmaq üçün görür.
Mənbə: bigmir.net
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət