Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İspan həkimlərdən koronavirusa qarşı məhsulların siyahısı

İspan həkimlərdən koronavirusa qarşı məhsulların siyahısı
Sakura

İspaniyadan olan həkimlər koronavirusa qarşı müqavimət üçün lazım olan məhsulları açıqlayıblar

 

Bədənin koronavavirusa qarşı müqavimət qabiliyyətini artırmaq üçün rasiona Aralıq dənizi pəhrizinin əsasını təşkil edən qidalar daxil edilməlidir. Buni İspan Ümumi profilli və ailə həkimləri cəmiyyətindən Xose Manuel Fernandez Qarsiya deyib.

Ens.az saytının məlumatına görə, düzgün qidalanma immuniteti effektiv şəkildə dəstəkləyir və viruslara qarşı müqavimətini təmin edir. İspaniyadan olab həkimlər bu qaydanın Koronavirus üçün də keçərli olduğunu vurğulamaqla yanaşı, bunun üçün zəruri olan qidaları sadalayıblar.

Onlar sürətlə yayılan virus şəraitində Aralıq dənizi pəhrizinin prinsiplərini əsas götürməyi məsləhət görürlər: bu, ilk növbədə çox sayda meyvə, tərəvəz, göyərtilər, sağlam yağların istifadəsini nəzərdə tutur. Yeni virusa qarşı mübarizə üçün həkimlər insanların hər gün beş tərəvəz və meyvə yeməli olduğunu söylədilər.

"Bu cür məhsullar antioksidantlardır və güclü toxunulmazlıq yaratmaq üçün lazım olan mikroelementlərlə zəngindir. Orqanizmə lazım olan da məhz budur" ekspertlər vurğulayır.

Həkimlər koronavirus infeksiyasına qarşı durmağa kömək edən aşağıdakı qida komponentlərini də bu siyahıya daxil edirlər:

  • bütöv dən (taxıl)
  • təmizlənməmiş (üyüdülməmiş) məhsullar,
  • quş və balıq əti (bunları həftədə ən azı bir dəfə yemək lazımdır),
  • paxlalı qidalar (həftədə iki-üç dəfə),
  • süd məhsulları: pendir, qatıq, süd,
  • yumurta
  • quru meyvələr.

İspaniyalı həkimlər, tərkibində şəkər olan və emal olunmuş ət məhsullarından da mümkün qədər az istifadə etməyi məsləhət görürlər. Duz gündə 5 qramla məhdudlaşdırılmalıdır.

"İdeal olaraq, pəhriz fiziki fəaliyyətlə dəstəklənməlidir: gündə ən azı 30 dəqiqə hərəkət etməlisiniz. Bundan əlavə, kifayət qədər istirahət etməlisiniz. Onda immunitet sistemində viruslarla qarşılaşmaq üçün hər cür şərait olacaqdır ”deyə İspaniyadan olan həkimlər əlavə ediblər.

 

 

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR