Slimfit
  1. MARAQLI

İspan diktatorunun ailəsini qaladan çıxarırlar

İspan diktatorunun ailəsini qaladan çıxarırlar
Sakura

Ailə vəkilləri hələ də apellyasiya məhkəməsinə müraciət edə bilərlər.

 La Korunya əyalətinin birinci instansiya məhkəməsi, İspan diktatoru Fransisko Frankonun ailəsinin qaladan köçürülməsi qərarını verib.Ens.az saytı xəbər verir ki, o,  vətəndaş müharibəsindən sonra 1975-ci ilə qədər İspaniyaya rəhbərlik edib.

 Pazo de Meirás sarayı La Korunya  əyalətinin Sada şəhərində yerləşir.  Diktator,  sarayı yaz iqamətgahı olaraq istifadə edirlidi.  Mülkiyyətin "Ispaniya dövlətinin başçısına" yazıçı Emilia Pardo Bazanın dul qalmış gəlinindən keçdiyinə inanılırdı.  1941-ci ildə sazişə dair müqavilə imzalanmışdı.  Daha sonra Franko əmlakı öz adına keçirtmişdi,  lakin məhkəmə müqaviləni etibarsız elan etmişdi.

 Arxiv araşdırmalarından sonra 1938-ci il tarixli başqa bir razılaşma tapıldı.

 Məhkəmə, "Daşınmaz əmlak iki dəfə bağışlana bilməz " dedi.

 Məhkəmə ayrıca hədiyyənin şəxsən Fransisko Frankoya deyil, “İspaniya dövlətinin başçısına” verildiyini qeyd etdi.  Nəticədə, altı nəvəsi də daxil olmaqla Frankonun nəslindən olanlar Pazo de Meirás əmlakına sahib deyillər.

 Ailə vəkilləri hələ də apellyasiya məhkəməsinə müraciət edə bilərlər.

Mənbə: ren.tv

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR