Dərc edildi: Baxış sayı: 840
İsoy Qurbanov - Qızım
Tutu, - sən böyüksən, - ata əvəzi,
Uşaqların hərdən könlün al, qızım.
Qoymaynan anan da ahuzar çəksin,
Köməkdar ol, bir qeydinə qal, qızım.
Yadımdadır Lətifimin baxışı,
Nə bəd imiş taleyinin naxışı,
Üstümüzə yağır güllə yağışı,
Od-alovdur bu getdiyim yol, qızım.
Toxu, göndər yundan corab, həm əlcək,
Ölmərəmsə gəlib mənə yetəcək.
Mürəbbəyə denən atan gələcək,
Qoy düşməsin ürəyinə xal, qızım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət