Dərc edildi: Baxış sayı: 554
İsoy Qurbanov - Mənim
Tutu uşaqlardan mənə ver xəbər,
Yuxuma giribdi Minayə mənim.
Sevimli Lətifdən söylə bir qədər,
Dərdlərim çoxalır hər aya mənim.
Mürəbbə, - Lətifin qolundan yapış,
Anana, bacına köməyə çalış,
Edirəm hər zaman haqqa yalvarış,
Dilimdə car olur hər ayə mənim.
Ömürlük həsrətdən İsoy oysanır,
Qismət bu olacaq düşünüb, qanır.
Yerlər də, göylər də od tutub, yanır,
Gedəcəkdi ömrüm bəqayə mənim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət