Slimfit
  1. ƏDƏBİYYAT

İsoy Qurbanov - Məni (Bəs niyə ayırdın fələk körpəmdən)

İsoy Qurbanov - Məni (Bəs niyə ayırdın fələk körpəmdən)
Sakura

İsoy Qurbanov - Məni (Bəs niyə ayırdın fələk körpəmdən)

Bəs niyə ayırdın fələk körpəmdən,
Qoca vaxtı saldın çöllərə məni.
Hal-əhvalım ağır, işim oldu dar,
Qoca vaxtı saldın çöllərə məni.

Elə cavanlıqdan qolumu çatdın,
Sinəmdə nə qədər qəmlər oyatdın.
Axırda götürüb döyüşə atdın,
Qoca vaxtı saldın çöllərə məni.

Başım üstdən güllə atır kafərim,
Geri yanda qaldı səkkiz nəfərim.
Hələ qarşıda var ağır səfərim,
Qoca vaxtı saldın çöllərə məni.

Çoxlarından heyif halı olmadım,
Ballının dərdindən əhval bilmədim.
Lətifdən qabağa nahaq ölmədim,
Qoca vaxtı saldın çöllərə məni.

Qürbət eldə gül də görsəm üzmərəm,
Vətən üçün cəfa çəksəm bezmərəm.
Ballısız, Lətifsiz bir gün dözmərəm,
Qoca vaxtı saldın çöllərə məni.

Əlim atdım haqq tərəfə, duaya,
Yetmədi qismətim zövqü-səfaya.
İsoy deyər, mən gedirəm davaya,
Qoca vaxtı saldın çöllərə məni.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR