Dərc edildi: Baxış sayı: 571
İsoy Qurbanov - Lətifim mənim
Doyunca başına sığal çəkmədim,
Gözlərimin nuru, Lətifim mənim.
Aşıq oxutmadım, sünnət etmədim,
Könlümün qüruru, Lətifim mənim.
Sayammıram, həsrət çoxdur sinəmdə,
Nisgil çoxdur, zillət çoxdur sinəmdə.
Düşmənlərə lənət çoxdur sinəmdə.
Allah versin suru, Lətifim mənim.
İsoyam, fikirim bir sənsən ancaq,
Boy at, ucal sənə baxır bir ocaq.
Bir Allah bilir ki, necə olacaq,
Ömrümün axırı, Lətifim mənim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət