Slimfit
  1. BİOQRAFİYA

İsoy Qurbanov

İsoy Qurbanov
Sakura

İsoy Qurbanov - Azərbaycan el şairi

İsoy Qurbanov - Azərbaycan el şairi. Qurbanov İsoy Nəcəf oğlu 1902-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur.

Deyilənlərə görə İsoy lap uşaqlıqdan ustadların şeirlərini deyər və özü də şeirlər qoşarmış. Bir neçə şeirlərinin möhürbəndində "Yetim İsoy" təxəllüsü də vermişdir.

İsoy Qurbanov 1941/45-ci illər Böyük Vətən müharibəsi zamanı 1941-ci ildə müharibəyə səfərbər olunmuş və 1942-ci ildə Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olmuşdur.

İsoyun Tutu, Ballı, Mürəbbə və Minayə adlı dörd qızı və Lətif adlı bir oğlu olmuşdur. İsoy müharibədə olarkən yeganə oğlu olan Lətif vəfat etmişdir.

İsoy Qurbanovun şair olduğunu və müxtəlif səpkili şeirlər yazdığını onu görən bir çox daşkəndlilər təsdiq edirlər. Təssüflər olsun ki, İsoyun tam yaradıcılığını hələ ki, əldə etmək mümkün olmamışdır. Əsərlərindən cəmi 49 bənd şеiri bu günə qədər qаlmışdır.

İsoyun bir neçə şeirləri onun qızları və nəvələrindən əldə olunmuş cəbhə məktublarından və Xasay Zeynalovdan götürülmüşdür. Əldə olunan "Eylə", "Oldumu" və "Qaldım" rədifli qoşmaları isə həmkəndlisi Muxayıl Göyçəlinin 1943-cü ilə aid əlyazmasından götürülmüşdür. Əlyazma hal-hazırda Yeni Daşkənd kəndində yaşayan Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub, saxlanılır.

Tədqiqatçı Araz Yaquboğlu Qurbаnоv İsоy Nəcəf оğlu haqqında obd-memorial.ru saytında rəsmi sənəd əldə etmişdir. Sənəddə aşağıdakılar qeyd olunmuşdur.

Qurbаnоv İsоy Nəcəf оğlu 1902-ci ildə Ermənistan SSR Bаsаrkeçər rayonunun Dаşkənd kəndində dоğulmuşdur. Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır (1941). Qızıl əsgər İsoy Qurbanov 269-cu аtıcı dvizyаnın аtıcısı olmuşdur. Оrlоv vilayəti Nоvоsil rayonunun Оdinоk kəndində döyüşdə həlаk оlmuşdur (14.05.1942). Оrlоv vilayəti Nоvоsil rayonunun İqumnоvо kəndində dəfn edilmişdir.

Gəraylıları

Qoşmaları

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR