Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

İsmayılov Elvin Tələt oğlu

İsmayılov Elvin Tələt oğlu
Sakura

İkinci Qarabağ müharibəsi şəhidi

İsmayılov Elvin Tələt oğlu 1989-cu il 9 martda Beyləqan rayonunun İkinci Əlinəzərli kəndində anadan olub. 1995-ci ildə Əlinəzərli kənd K.Əliyev adına 2 nömrəli tam orta məktəbində  1-ci sinfə gedib. 2006-ci ildə həmin məktəbi bitirib. İsmayılov Elvin 2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti başa vurduqdan sonra ürəyindəki Vətən eşqi onu hərbi sıralarına qoşulmağı səbəb olur. 2011-ci ildə Qazax rayonunun 707 saylı hərbi hissəsində işləməyə başlayır. 2019-cu il aprel ayında Beyləqan rayou 702 saylı hərbi hissədə işləyib.

“Qurban Bayramı münasibəti ilə döyüş hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdikləri nailiyyətlərinə və nizam-intizamı yüksək səviyyədə saxladıqlarına görə” 707 nömrəli hərbi hissənin komandiri polkovniki İdris Məhərrəmov tərəfindən 2015-ci il 23 sentyabrda Fəxri fərmanla təltif olunub. Kiçik çavuş “31 Dekabr dünya Azərbaycanlıların həmrəylik günü və Yeni il bayramı münasibəti ilə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nəaliyyətlərə görə” 2016-cı il 31 dekabrda 707 nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant Fuad Ələkbərov tərəfindən Fəxri fərmanla təltif olunub. Kiçik çavuş İsmayılov Elvin Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən 2018-ci il 26 iyunda “AZƏRBAYCAN ORDUSUNUN 100 illiyi(1918-2018)” YUBİLEY medalı ilə təltif olunmuşdur. Çavuş İsmayılov Elvin Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən 2020-cı il 26 iyunda “QÜSURSUZ XIDMƏTƏ GÖRƏ” III dərəcəli medal ilə təltif olunmuşdur.

2020-ci il 26 iyunda çavuş İsmayılov Elvin 702 nömrəli hərbi hissənin komandiri polkovniki Nizami Mövlanov tərəfindən “26 İyun- Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda fərqləndiyinə görə” Fəxri fərmanla təltif olunub.

İsmayılov Elvin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüşüb və şəhid olub. Özü və yaralı yoldaşlarını ölümdən qurtarıb. Dostları sən yaralısan qayıt desələrdə son damla qanına kimi döyüşüb. Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İsmayılov Elvin ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İsmayılov Elvin ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

İsmayılov Elvin 2019-cu il 29 dekabrda Şəhla xanımla ailə həyatı qurmuşdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR