Dərc edildi: Baxış sayı: 503
İsmayıllıda daha bir xalça istehsalı emalatxanası tikiləcək
Prezident İlham Əliyev avqustun 27-də İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət