Slimfit
  1. AZƏRBAYCAN

İsmayıllı arıçıları ötən il 108 ton bal istehsal ediblər

İsmayıllı arıçıları ötən il 108 ton bal istehsal ediblər
Sakura

İsmayıllı arıçıları ötən il 108 ton bal istehsal ediblər

İsmayıllının zəngin bitki örtüyü, eləcə də bu sahəyə göstərilən dövlət dəstəyi son illər bölgədə arıçılığa marağı artırıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamı rayonda arıçılığın inkişafına yeni təkan verib. Təsadüfi deyil ki, son bir ildə arı ailələrinin sayı iki dəfədən çox artıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, arı ailələrinin sayı hazırda 14500-ə çatır. İnişil isə bu rəqəm 7123 olub. Məhsul istehsalı da 2017-ci ilə nisbətən 48,2 ton artaraq 108 tona çatıb.

Ötən il Bakıda təşkil olunan bal yarmarkasına 9 arıçı tərəfindən 3,3 ton arı məhsulları çıxarılıb. Habelə, yeni il ərəfəsində təşkil edilən yarmarkalarda da İsmayıllı arıçıları fəal iştirak ediblər.

Qeyd edək ki, rayonda 543 arıçıya saxladıqları 10565 arı ailəsinə görə (hər pətəyə 10 manat) dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilib. Qalan 3913 arı ailəsinə görə subsidiya verilməsi üçün müvafiq sənədlər hazırlanaraq respublika komissiyasına göndərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR