Slimfit
  1. ƏDƏBİYYAT

İsmayıl bəy Nakam - Mənəm əgərçi o tərdaməni-siyəhkirdar

İsmayıl bəy Nakam - Mənəm əgərçi o tərdaməni-siyəhkirdar
Sakura

İsmayıl bəy Nakam - Mənəm əgərçi o tərdaməni-siyəhkirdar

Mənəm əgərçi o tərdaməni-siyəhkirdar –
Ki, ruzü şəb əməlimdir xətayi-nahəmvar.

Vəli yeganəgiyi-xaliqi-rəvanbəxşə
Dəmi-ələstdə bissidq etmişəm iqrar -

Ki, eybpuş, günəhbəxşdir, qəfurdur o,
Odur həlimü səburü şəkur, odur səttar.

Odur rəhimü Ğəfurü Rəufli Heyyü Vədud,
Qədimü Qadirü Qəyyumü Vahidü Ğəffar.

Bir ismi-əzəmi Allahdır, biri Rəhman,
Bu iki ismdə min nükteyi-bəşarət var.

Digər risalətini xatəmün-nəbiyyənin
Ki, ruzi-həşrə odur həm şəfiü həm salar.

Edib zəban üə iqrar, qəlb ilə təsdiq,
Kəminə ümmət olub, olmuşam, sədaqətkar.

Həbibi-xaliqi-rəbman nəticeyi-lövlak,
Rehimi-rəhməti-aləm, Məhəmmədi-muxtar -

Ki, cümlə ümməti-müzniblərin şəfaət edib,
Alıb behiştə gətirmək deyil ona düşvar.

Digər məvəddəti-qürəba, məhəbbəti-əshab,
Sədaqəti-şürəfa, həm iradəti-ənsar.

Dilimdə sabit olub, dəmbədəm təzayüd edib,
Bəsani-ruh bulubdur, rüsux olub padar.

Ələlxüsus o yarani-bivəfanın kim,
Biri cənab Əbubəkirdir, o sidqşüar.

Təriqi-dində həqqin rizasini gözədüb,
Cəmii-mamələkin bəzl qıldı, etdi nisar.

Həbibi-əkrəmü əfxəm yolunda ğar içrə
Təni-əzizini qıldı fədayi-niştəri-mar.

Biri də həzərəti-Faruqdur ki, ol sərvər
Cahanda qıldı ədalət nə olduğun izhar.

Ucaltdi çar cəhətdə livayi-islami,
Olub da rövnəqi-şərə şüyu, dinə mədar.

Götürdü küfrü cahanda, cahanı pak etdi,
Sipahi-nüsrətəsər sövq edib diyar-diyar.

Biri də həzrəti-Osman cənabi-Zünnureyn –
Kodurüsumi-vəfada səramədi-ibrar.

Hesab olursa əgər əhdinin fütuhatı,
Dehatü şəhrü qərayə olur həzar-həzar.

Həyavü helm idi ol pakizədə xas ancaq –
Ki, baxmaz idi səmayə, edib həyadan ar

Biri dəxi şəhi-Düldül-səvar Əlidir kim,
Bir adıdır Əsədullah. digəri Kərrar.

Məhi-sipəhri-imamət, düri-künuzi-vəfa,
Kilidi gənci-əmanət, xəzineyi-əsrar.

İmami-cinnü bəşər, şahi-övliyadır o,
Müridi-müxlisidir cümlə övliyayi-kübar.

Deyil o kimsədə kim, bübbi-Mürtəza mövcud,
İki cahanda o bədbəxtdir səzayi-təbar.

Digər zəbaneyi-hübbi-əimmeyi-məsum
Dilimdə dağ yaxıb eyləmiş şəqayiq var.

Dilim bu atəşi-hübb içrə dəmbədəm yaxılıb,
Bu kimya ilə olmuş künun tamam eyyar.

Bəli, o kəsdə ki, vardır vidadi-ali-nəbi,
Halaldır ona cənnət, haramdır ona nar.

Bəli, o dildə ki, vardır məhəbbəti-sibteyn,
Səadəti-əzəlidir o hübb, ol asar.

İnayət eylə mədəd, ya Əli ki, bari-günəh,
Qılıb xəmidə məni aləm içrə etmiş xar.

Gözüm piyaləsi dönmüş piyaleyi-zəlirə,
Olub qəmi-Həsəni-Müctəbadən atəşbar.

Necə anıb ləbi-xüşkün Hüseyni-məzlumun,
Yaxılmasın cigərim nari-qəmdə leylü nahar.

Çıxarmı xatiri-ümmətdən ol cəfayi-əlim,
Olarmı hiç fəramuş o cövri-dilazar -

Ki, Kərbəladə Huseyni-şəhidə eylədilər
Fədaiyani-şəqavət müaşiri-füccar.

İmami çarüm Zeynəlibad eşqindən
Edib fəğan, oluram ta səhər sitarəşümar.

Dilimdə qönçeyi-hübbi-Məhəmmədi-Bağır,
Olub şikiftə, edibdir vücudumu gülzar.

Bu buyi-hübb ilə xaki-məzarım əlyəqdir,
Olursa qibtəgəhi-nafeyi-qəzali-tatar.

Əcəb deyil əsəri-hübbi-Cəfəri-Sadiq
Məni edərsə güli-tazə tək şüküftəüzar.

Təriqi-eşqinə Musayi-Kazimin, billah,
Səzadır olsa dilü canım ər fəda sədbar.

Bərati-hübbi-Əliyyür-Rizayi canımda
Nicati-ruzi-cəzadan çox etmişəm əzxar.

Müjə səfindən ələ abnus əsa almış,
Təvafı-rövzəsi şövq ilə mərdümül-əbsar.

Xəyali-nəti-Məhəmməd Təqüədix könlüm,
Dürudxani-Məhəmməd və itrəti-əthar.

Səfayi-eşqi-cəmali-Nəqilə bulmuşdur
Bu ünsüra-qəfəs içrə hümayi-ruh qərar.

Bu ol Əliyyi-Nəqidir ki, xəsmü münkirini
Sənü-xamə olan nəqhü şir qıldı şikar.

Təəşşüqi-Həsənül-Əsgəri (ilə) daim
Fəzayi-şövqdə könlüm neyi-cünunə səvar.

Yəli-məhəbbətidir ərseyi-vücudimdə
Müdam ərbədəkarü həmişə nizəgüzar.

Digər Məhəmməd Mehdi, kodur imami-zaman,
Qüdumuna nigərandır əleddəvam ənzar.

Yolunda verməyə can qalmışam füsuskönan,
Həmarə didə berəh bil-eşiyye vei ibkar.

Dəxüi-lütfünüzəm, lütf edin, ey ali-nəbi,
Nəzərdən eyləməyin həşrdə məni də kənar.

Sükut qıl dəxi, Nakam kim, açıb siırin
Gərib rəngdə qıldın sədaqətin işar.

Bu bəzmi-eşqdə qəmxaneyi-məhəbbətdən
Bəhər dəqiqə peyapey bəhər nəfs təkrar.

Meyi-məhəbbəti-ali rəsuldan, ya rəb,
İnayət eylə mənə bir piyaleyi-sərşar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR