Slimfit
  1. CƏMİYYƏT

İşləyən pensiyaçıların sayı açıqlandı

İşləyən pensiyaçıların sayı açıqlandı
Sakura

İşləyən pensiyaçıların sayı açıqlandı

“Hazırda 60 mindən artıq işləyən pensiyaçımız var”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sosial şəbəkə hesabında canlı yayımda deyib.

O bildirib ki, əhalinin işləməyə daha çox meyilli olduğunu nəzərə alsaq, bu rəqəm getdikcə artacaq: “Pensiyaya çıxdıqdan sonra da işləyən vətəndaşlarımız var. Onlar 6 il işlədikdən sonra hər il indeksasiya olunaraq artmış kapitalları pensiyalarının üzərinə gələcək. Bu gün bu müraciət əsasında həyata keçirilir. Hazırda elektron proqram da hazırlanır, düşünürəm ki, cari ildə biz onu istifadəyə verəcəyik. Lakin bu ilin sonuna qədər bunun proaktiv qaydada həyata keçirilməsi planlaşdırılır. Hər il bu hüquqdan istifadə edən 10-12 min vətəndaşımız var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR