Slimfit
  1. CƏMİYYƏT

İşlənmiş pampersləri alıb, yenidən emal edənlərə pediatrdan etiraz: “Ağılasığmaz addımdır”

İşlənmiş pampersləri alıb, yenidən emal edənlərə pediatrdan etiraz: “Ağılasığmaz addımdır”
Sakura

İşlənmiş pampersləri alıb, yenidən emal edənlərə pediatrdan etiraz: “Ağılasığmaz addımdır”

Bir müddətdir, sosial şəbəkələrdə işlənmiş pamperslərin alışı ilə məşğul olan şəxslərin peyda olması valideynləri əməllicə təşvişə salıb.
Belə ki, "işlənmiş pampersləri alıram" deyə elan verənlər xanımlara istifadə etdikləri, bulaşmış pampersləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra əlaqə saxlayaraq, gəlib götürəcəklərini təklif edirlər. Sözügedən şəxslər tərəfindən bir bez üçün 0.03 qəpik qiyməti qoyulub, ancaq məlumat verilir ki, yaxın vaxtlarda kampaniya olacaq və işlənmiş pamperslərin bir ədədinə 0.05 qəpik ödəniləcək.
 
Maraqlı məqam budur ki, bəzi valideynlər sözügedən vəziyyətdən narazılıqlarını ifadə edirlər. Amma işlənmiş pampersləri satanlar da var. Səhifə tərəfindən pamperslərin alınma məqsədi gizlədilir, valideynlərin suallarına cavab olaraq isə bildirilir ki, pamperslər təkrar emal edilmir. Bundan başqa qeyd edilir ki, bir müddət sonra pamperslərin alışı ilə bağlı video şəklində bütün suallara aydınlıq gətiriləcək.
 
 
Mövzu ilə əlaqədar “Sherg.az”a açıqlama verən həkim-pediatr Vaqif Qarayev bildirib ki, çirkli, işlənmiş pamperslər mütləq atılmalıdır.
 
Həkim qeyd edib ki, uşaqlar 1 saat dolu pampersdə qalanda onun bədəni qıcıqlanır və yanır:
 
“Deyilənə görə sosial şəbəkədə işlənmiş pampersləri alan şəxs onu təkar emala göndərir. Düşünürəm ki, həmin məhsulu yenidən emal etmək ağılasığmaz bir addımdır.
 
Bu həm etik, həm də gigiyenik baxımdan düzgün deyil. İşlənmiş bir məhsulun yenidən istehsala qaytarılması olduqca təhlükəlidir. Xüsusilə də uşaq gigiyenik vasitəsinin bu cür istifadəsi düzgün deyil.
 
Bu məsələ ilə bağlı bir çox analar mənə yazdı, hətta məndən soruşurdular ki, pampersləri alan kimdir bizə yönləndirin. İnsanları da qınamıram, haradansa pul qazanmaq istəyirlər.
 
Amma belə halların əleyhinəyəm. Bu tibbi baxımdan qəbulolunmazdır. Bilmirik ki, istifadə olunmuş pamperslər yenidən emal olunduqdan sonra ortaya nə çıxacaq”.
 
 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR