İşləməyən obyektlər sökülür - Nardaran çimərliyindən
Bir neçə gündür Nardaran çimərliyində olan obyektlərə ciddi nəzarət başlayıb. Bu yay sezonun qalan günlərində işləməyəcək obyektlər sökülür.
Ens.az Musavat.com-a istinadən xəbər verir ki,Sabunçu Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri bir neçə gündür Nardaran çimərliyində monitorinqə başlayıb.
Xatırladaq ki, karantin rejimi ilə əlaqədar çimərlik kənarlarındakı obyektlərin də fəaliyyəti dayandırılıb. Avqustun 5-dən etibarən karantin rejimində yumşalmanın olacağı gözlənilir. Bu səbəbdən də çimərlikdə olan obyektlərə xəbərdarlıq edilib. Pandemiya ilə bağlı obyektlərin qarşısına müəyyən şərtlər qoyulub. Bu şərtlərə əməl etməyən obyektlərin işləməsinə icazə verilməyəcək.
Həmçinin obyektlər siyahıya alınıb. Yay mövsümünün bitməsinə 1 aydan da az vaxt qaldığı üçün bəzi obyektlər işləmək istəmədiyini bildirib. Buna görə də həmin obyektlər sökülüb. Obyektlərin işlənməsinin səbəbi isə xərclərin çox olmasıdır.
İşləyəcək obyektlərə isə pandemiya ilə bağlı maarifləndirici plakatlar hazırlamaq, çətirlər arası məsafəni qorumaq, gigiyena qaydalarına əməl edilməsi və daha bir çox təlimatlar verilib.
Bundan başqa uzun illərdir sahili bərbad gündə olan Nardaran çimərliyində təmizlik işləri də başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət