Slimfit
  1. MARAQLI

İslandiyalıları insanların yerinə ağacları qucaqlamağa çağırdılar

İslandiyalıları insanların yerinə ağacları qucaqlamağa çağırdılar
Sakura

İslandiyalıları insanların yerinə ağacları qucaqlamağa çağırdılar

Bu, özünütəcrid zamanı bədən təmasının çatışmazlığını kompensasiya edə bilər

Ens.az saytının məlumatına görə, İslandiya Meşə Xidməti, karantin və özünü təcrid zamanı qucaqlamaq üçün kimisə olmayan ölkə sakinlərini meşəyə gələrək ağacları qucaqlamağa çağırır. İslandiyanın şərqində yerləşən Hallormsstatur Milli Parkının meşəbəyləri, insanların sosial məsafəni saxlamaları və gəlib sevimli ağacları ilə qucaqlaşmaları üçün mütəmadi olaraq meşədəki cığırları qardan təmizləyirlər.

"Bir ağacı qucaqladığınız zaman sanki ayaq barmaqlarınızın ucundan başınızadək bütün vücudunuzdan bir dalğa keçir" meşəbəyi Tor Torfinsson deyir. "Bu, heyrətamiz rahatlıq və relaks hissi verir." O, gözlərinizi yummağı, yanağınızı gövdəyə söykəməyi və istilik və dinclik hissinə təslim olmağı, ağacdan gələn cərəyanları hiss etməyi məsləhət görür.

Torfinsson həmçinin meşəyə gələnlərə hər zaman eyni ağacı qucaqlamamağı, hər dəfə fərqli ağac seçməyi tövsiyə edir. Gündə beş dəqiqə qucaqlamaq, ağacla sıx əlaqənin bütün faydalarını yaşamaq üçün kifayətdir. Bildiyiniz kimi, qucaqlama, insanın fiziki, zehni və emosional sağlamlığı üçün çox faydalıdır. Ağrıları rahatlaşdırır, narahatlığı azaldır və depressiyadan qoruyur.

Mənbə: mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR