Dərc edildi: Baxış sayı: 454
İslam Abbasovun gümüş mükafatı Azərbaycanın Avropa Oyunlarında 25-ci medalı olub
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov II Avropa Oyunlarında gümüş medalla kifayətlənib.
Oxu.Az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub - 1:3.
İlk yarıda rəqibi ondan parterdə xal alsa da, ikinci hissədə Abbasov bu imkandan yararlana bilməyib.
Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi - 130 kq çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti təsəlliverici görüşünü qələbə ilə başa vurub. Litvalı Romas Fredrikası 3:1 hesabı ilə yenən Şəriəti bürünc medal görüşündə norveçli Oskar Marviklə üz-üzə gələcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət