Slimfit
  1. İDMAN

İşıqlı qılıncoynatma rəsmi idman növü kimi tanındı

İşıqlı qılıncoynatma rəsmi idman növü kimi tanındı
Sakura

İşıqlı qılıncoynatma rəsmi idman növü kimi tanındı

Fransa Qılıncoynatma Federasiyası işıqlı qılınclarla dueli rəsmi idman növü kimi tanıyıb.

Oxu.Az xəbər verir ki, bu idman növü üzrə yarışlar ənənəvi qılıncoynatmanın növləri olan rapira, şpaqa və sablya ilə eyni səviyyədə keçiriləcək.

İşıqlı qılınclar polikarbonatdan hazırlanacaq. Artıq oyunların keçirilməsi üçün qaydalar tətbiq olunub. İdmançılar dəyirmi meydanda üç dəqiqə mübarizə aparacaq. Başa və bədənə vurulan zərbələr beş, qola və ayağa vurulanlar üç xal hesablanacaq. Ələ dəyən zərbələr isə bir xal kimi qiymətləndiriləcək. İlk 15 xalı toplamış idmançı qalib elan ediləcək.

Qeyd edək ki, işıqlı qılıncdan Corc Lukasın rejissoru olduğu “Ulduz müharibələri” filmlər silsiləsində ilk dəfə istifadə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR