Slimfit
  1. ELM

İsim (nitq hissəsi)

İsim (nitq hissəsi)
Sakura

İsim - əşyanın adını bildirən əsas nitq hissəsinə deyilir. Kim?, nə?, hara? suallarından birinə cavab…

İsim— əşyanın adını bildirən əsas nitq hissəsinə deyilir. Kim?, nə?, hara? suallarından birinə cavab verir.

İsmin cümlədə əsas rolu mübtəda və tamamlıq olmaqdır. Ancaq isim cümlədə xəbər, zərflik, təyin rolunda da ola bilir.

  • İsim cümlədə xitab və ara söz rolunda da ola bilir.

İsmin quruluşca növləri

Sadə isimlər

Sadə isimlər bir kökdən ibarət olur

  • İsimlərin, eləcə də sadə isimlərin qrammatik şəkilçilər qəbul edərək dəyişməsi onların quruluşuna təsir etmir.

 

Düzəltmə isimlər

Düzəltmə isimlər söz düzəldici (leksik) şəkilçilər vasitəsi ilə düzəlir. İsim düzəldən şəkilçilər 4 cür olur.

İsimdən isim düzəldən Feildən isim düzəldən Sifətdən isim düzəldən Saydan isim düzələn
çi4 ış4 lıq4 lıq4

iq4

lik4 ki4    
ıstan4 ıq4    
ça2 ıcı4    

 

Mürəkkəb isimlər

Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Mürəkkəb isimləri əmələ gətirən sözlər eyni nitq hissəsinə də, müxtəlif nitq hissələrinə də aid ola bilər. Bu cəhətdən, mürəkkəb isimlərin aşağıdakı növləri var:

  • İsim+isim
  • Sifət+isim
  • Feldən+isim
  • Fel+fel

Mürəkkəb isimlərin əmələ gəlməsi 3 cür olur:

  • Heç bir köməkçi vasitə olmadan sözlər birləşərək mürəkkəb isim əmələ gətirir.
  • Mürəkkəb ismin ikinci tərəfi mənsubiyyət şəkilçili olur.
  • Aralarında haaə şəkilçiləri işlənməklə felin təkrarı ilə.

Mürəkkəb isimlər də sadə və düzəltmə isimlər kimi, bir söz (bir leksik vahid) olduğuna görə bir vurğuya malik olur. Mürəkkəb ismi əmələ gətirən sözlər birlikdə tələffüz olunur və bir yerdə yazılır.

 

Mürəkkəb adlar

Birləşmələrdə ifadə olunan adlar mürəkkəb adlar hesab olunur.

  • Ad və soyad
  • Ad və ata adı
  • Ad və ləqəb
  • Ad və onlarla yanaşı işlənən bəy, xan, mirzə və bu kimi digər sözlər.

 

Əşyaların adlandırma qaydasına görə isimlər iki cür olur.

 

Əşyaların adlandırma qaydasına görə isimlər iki cür olur.

 

Ümumi isimlər

Ümumi isimlər eyni cinsli əşyaların hamısına birlikdə verilən adlardır. Dünyada nəqədər müxtəlif ağac növü var. Ancaq bunların hamısında ümumi cəhət var, hamısı ağacdır. Ona görə ağac sözü bunlara verilən ümumi addır, ümumi isimdir.

 

Xüsusi isimlər

Eyni cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən xüsusi adlara xüsusi isimlər deyilir. Xüsusi isimlərin də növləri də çoxdur. Onların bəziləri:

  • İnsan adlarına aid xüsusi isimlər.
  • Yer adlarına aid xüsusi isimlər.
  • Əsər, mətbuat adlarına aid xüsusi isimlər.
  • Su ilə əlaqədar xüsusi isimlər.

 

Xüsusi isimlər

Eyni cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən xüsusi adlara xüsusi isimlər deyilir. Xüsusi isimlərin də növləri də çoxdur. Onların bəziləri:

  • İnsan adlarına aid xüsusi isimlər.
  • Yer adlarına aid xüsusi isimlər.
  • Əsər, mətbuat adlarına aid xüsusi isimlər.
  • Su ilə əlaqədar xüsusi isimlər.

 

İsimlərin baş hərflərinin yazılışı

  • İşlənmə yerindən asılı olmayaraq, xüsusi isimlərin baş hərfləri həmişə böyük yazılır.
  • Ümumi isimlərin baş hərfləri, bir qayda olaraq, kiçik yazılır.
  • Ümumi isimlərin baş hərfləri aşağıdakı hallarda böyük yazılır:

a) Cümlənin əvvəlində.
b) Bir sıra mərkəzi idarə, təşkilat adlarında.
c) Şeir misralarının başlanğıc sözünün ilk hərfi.

 

İsimlərin kəmiyyətə görə dəyişməsi

Azərbaycan dilində isimlər cəm şəkilçisi qəbul edərək cəmlənir. Şəkilçisi: -lar, -lər. Cəm şəkilçisi qəbul etməmiş isimlər təkdə, cəm şəkilçisi qəbul etmiş isimlər cəmdə hesab olunur. Təkdə olan isimlər əşyanın ümumi adıdır və qrammatik cəhətdən təkdə hesab olunur; cəmdə olan isimlər isə eyni əşyanın çoxluğunu bildirir.

 

Xüsusi isimlərin cəmlənməsi

Nitqdə bəzən xüsusi isimlər də cəm şəkilçisi ilə işlənir. Xüsusi isimlər cəmlənəndə də ilk hərfləri böyük yazılır: Xətailər, Vaqiflər

 

Topluluq bildirən isimlər

İsimlərin bir qismi heç bir şəkilçi, heç bir köməkçi vasitələr olmadan topluluq bildirir. Topluluq bildirən isimlər təklik bildirən isimlərlə qarşı-qarşıya dayanır. Cəm isimlər və topluluq bildirən isimlər aşağıdakı cəhətlərdən fərqlənir:

  • Cəm isimlər -lar, -lər şəkilçisi ilə formalaşır, topluluq bildirən isimlərin topluluq məzmunu onların öz daxilində olur.
  • -lar, -lər şəkilçisi qəbul etmiş isimlər qrammatik cəhətdən cəmlənmiş isimlərdir, topluluq bildirən isimlər isə cəm isimlər deyil.
  • Topluluq bildirən isimlərə də -lar, -lər şəkilçisi əlavə edib onları cəmləndirmək olur. Əgər topluluq bildirən isimlər cəm isimlərdən fərqlənməsəydi, onlara cəm şəkilçisi əlavə etmək olmazdı

.

İsimlərin mənsubiyyətə görə dəyişməsi

İsimlər mənsubiyyət şəkilçisi qəbul edərək şəxslərlə şəxslər arasında, şəxslərlə əşyalər arasında, əşyaların özləri arasında mənsubiyyət bildirir. Əşyanın kimə və nəyə məxsus olduğunu bildirmək üçün isimlərin sonuna artırılan şəkilçilər mənsubiyyət şəkilçiləridir.

Bəzən uşaqlar mənsubiyyətlə hal şəkilçisini qarışdırır.Mənsubiyyət şəkilçiləri əşyanın mənsub olduğunu bildirir.

Mənsubiyyət şəkilçilərini göstərən cədvəl

Şəxslər Şəkilçilər
I şəxs tək -ım, -im, -um, -üm, -m
I şəxs cəm -ımız, -imiz, -umuz, -ümüz, -mız, -miz, -muz, -müz
II şəxs tək -ın, -in, -un, -ün, -n
II şəxs cəm -ınız, -iniz, -unuz, -ünüz, -nız, -niz, -nuz, -nüz
III şəxs -ı, -i, -u, -ü, sı, si, su, sü
  • III şəxsin cəmini bildirən mənsubiyyət şəkilçisi yoxdur.

 

İsimlərin hallanması

İsim cümlədə hal şəkilçisi qəbul edərək dəyişir. Bu dəyişmə cümlədə sözlərin əlaqəsini təmin edir. İsmin belə dəyişməsinə onun hallanması deyilir. Azərbaycan dilində ismin altı halı var:

  • Adlıq hal
  • Yiyəlik hal
  • Yönlük hal
  • Təsirlik hal
  • Yerlik hal
  • Çıxışlıq hal

İsmin hallarını, şəkilçilərini, suallarını göstərən cədvəl

İsmin halları İsmin hallarının şəkilçiləri İsmin hallarının sualları
Adlıq hal   Kim? Nə? Hara?
Yiyəlik hal -ın, -in, -un, -ün Kimin? Nəyin? Haranın?
Yönlük hal -a, -ə Kimə? Nəyə? Haraya?
Təsirlik hal -ı, -i, -u, -ü, Kimi? Nəyi? Haranı?
Yerlik hal -da, -də Kimdə? Nədə? Harada?
Çıxışlıq hal -dan, -dən, Kimdən? Nədən? Haradan?

 

Adlıq hal

Bu halda olan isimlər ancaq əşyanın adını bildirir, onun başqa əşyaya, hərəkətə münasibətini bildirmir. Cümlədə əsasən üç mövqedə işlənir:

  • Mübtəda rolunda
  • Xəbər rolunda
  • Xitab rolunda

İsimlər lüğətlərdə ilkin formalarında yazılır; şərti olaraq onlar adlıq halda hesab olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR