Slimfit
  1. TEXNOLOGİYA

İşığın təsiri ilə hərəkət edən material yaradılıb

İşığın təsiri ilə hərəkət edən material yaradılıb
Sakura

İşığın təsiri ilə hərəkət edən material yaradılıb

ABŞ-ın Tafts Universitetinin tədqiqatçıları işığın təsirinə məruz qalan zaman hərəkət edən maqnit elastomer kompozitlər hazırlayıblar.
 
ICTnews” Elektron Xəbər Xidməti “Naukatv www.naukatv.ru” resursuna istinadən yazır ki, biologiyada işığın hərəkətə gətirdiyi (bitkilər günəş işığı tərəfinə uzanırlar) çoxlu nümunələrə rast gəlmək mümkündür. Yeni tədqiqatda təsvir edilən işıq aktuator qurğuları Küri temperaturunun iş prinsipinə əsaslanır. Maqnit materialın qızması və soyuması zamanı onun maqnit xüsusiyyətlərini “qoşmaq” və “söndürmək” olar. Ferromaqnit hissəciklərə malik biopolimer və elastomerlər lazer və ya günəş işığının təsiri ilə qızaraq maqnit xüsusiyyətlərini onlar yenidən soyuyanadək müvəqqəti itirirlər. Plyonka, süngər və hidrogellər şəklində formalaşan materialın əsas hərəkətləri əyilmə, bağlama və genişlənmə şəklində görünə bilər.
 
Mütəxəssislərin sözlərinə görə, bu sadə hərəkətləri sürünmə, yerimə və ya üzmə kimi çətin hərəkətlərdə birləşdirmək mümkündür. Həmçinin bu hərəkətləri işıqdan istifadə edərək simsiz şəbəkə vasitəsilə işə salmaq və idarə etmək olar. Belə işıq materialları sadə və mürəkkəb hərəkətləri yerinə yetirən geniş spektrli qurğuların hazırlanmasını təmin edə bilərlər.
 
Nizam Nuriyev 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR