Slimfit
  1. MEDİA

İsgəndər Xəlilov və oğlu Azərbaycana əcnəbi idmançı gətirir –“Böyük məbləğ tələb olunur”

İsgəndər Xəlilov və oğlu Azərbaycana əcnəbi idmançı gətirir –“Böyük məbləğ tələb olunur”
Sakura

İsgəndər Xəlilov və oğlu Azərbaycana əcnəbi idmançı gətirir –“Böyük məbləğ tələb olunur”

Azərbaycan Qış idman növləri Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Zeynalova Unikal.org-a müsahibə verib.
 
- Uzun müddətdir Qış idman növləri haqqında demək olar ki, məlumat yoxdur. Deyilir ki, Qış İdman Növləri Federasiyası qeyri-rəsmi şəkildə fəaliyyətini dayandırıb.
 
- Xeyr, elə deyil. Ümumiyyətlə bu məsələ heç gündəmdə də yoxdur. Fəaliyyət göstəririk, lazım olan qurumlarla da mütəmadi şəkildə əlaqə saxlayırıq.
 
- Azərbaycan bu Federasiyasında hansı idman növü fəaliyyət göstərə bilir?
 
- Hazırda federasiyamızda Fiqurlu Konkisürmə idman növü fəaliyyət göstərir. Onların fəaliyyəti, nailiyyətləri ilə bağlı da mətbuatda məlumat gedib.
 
- Bu idman növündə də cəmi iki idmançı – Bir qız, bir oğlan var?
 
- Bəli, biz indi sırf onların üzərində işləyirik.
 
- Qış İdman Növləri Federasiyasına aid olan digər növlərin fəaliyyəti isə tamamilə sıfırdır. Bu idmançı qıtlığı ilə əlaqədardır,ya federasiya daxilində müəyyən problemlər var?
 
- Dağ xizəkçimiz Patrik Braxnerlə müqaviləmiz bitdiyi üçün onunla yollarımızı ayırdıq. Hazırda bu sahədə boşluq var. Yeni idmançı axtarışındayıq.
 
- Yeni idmançı yəqin ki, əcnəbi olacaq?!
 
-Düzdür, dağ xizəyinə maraqlı olan yerli idmançılarla da maraqlanmışıq. Yarışlara getmək üçün xüsusi ballar yığılmalıdır. Azərbaycanda da bu sahədə idmançı olmadığına görə, yenə də əcnəbi idmançılarla maraqlanmağa başladıq.
Hazırda bununla bağlı müəyyən təkliflərimiz var. Başqa ölkələrdən bəzi idmançılarla maraqlanmışıq. Sadəcə olaraq hələ tam qərara gəlməmişik. Həmçinin olimpiya oyunlarına vaxt var deyə buna çox da tələb edilmir.
 
- Bəs məşqçi heyəti kimlərdən ibarətdir? Məşq məkanları haradadır?
 
- Bizim idmançılar əcnəbi olduğu üçün onların məşq prosesləri xaricdə təşkil olunur. Məşqçilər də xaricilərdir.
 
- Bu növlərdə yerli idmançılar niyə yoxdur?
 
- Bu növlərdə idmançı yetişdirmək çətin prosesdir. Hələ ki, bu iş arxa plandadır. Azərbaycanlılardan bir nəfər var idi. O da Fransada yaşayır və ora vətəndaşı idi. Amma sırf Azərbaycandan yoxdur.
 
- Anladığımız qədər Qış İdman Növləri Federasiyasına daxil olan idman növlərində idmançı qıtlığı olsa da, maddi durum baxımından hər hansı çətinlik yoxdur?
 
- Bəli, milli komanda yoxdur və idmançı qıtlığı var. Onu da qeyd edim ki, Azərbaycanda bu dağ xizəyinə maraq son 4-5 ildə yaranıb.
 
- Qış idman növlərinə marağı artırmaq, təqbliğ etmək üçün yerli çempionatın keçirilməsi planlaşdırılmı?
 
- Düzünü desək bu barədə hər hansı bir plan nəzərdə tutulmayıb. Həm yarışa qatılacaq insanlar, həm də xarici idmançı dəvət etsək də bu yarışı təşkil etmək üçün peşəkar məkanlar yoxdur.
 
- Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti kimdir?
 
- Hər ikisi.
 
- Xəlilovlar federasiya ilə maraqlanır?
 
- Əlbəttə. Bizim fiqurlu konkisürmə idmanında olan iki idmançımızın məşqləri, qalması üçün böyük məbləğ tələb olunur. Bunu da onlar qarşılayır.
 
- Rəhbərliyin inkişafla bağlı hansısa tələbləri var?
 
- Əlsində tələblər qoya bilər. Amma bu gün Azərbaycanda bu sahədə güclü mütəxəssis, idmançı, məkanlar, müəyyən motivasiyalar olmadan bunu etmək mümkün deyil. Məsələn fiqurlu konkisürmə üçün bir məkan var. O da peşəkar səviyyədə deyil, kiçikdir. Dağ xizəyində özümüzün bir neçə yerli idmançımız var. Amma onlar da tam peşəkar səviyyədə deyillər. Fiqurlu konkisürmədə isə yerli idmançı ümumiyyətlə yoxdur. Çünki bu idmana ən kiçik yaşlardan başlayırlar.
 
- Yəqin ki, Dağ xizəyinə yeni idmançı gətirib, "milliləşdirmək” üçün müəyyən məbləğ ödəniləcək?
 
- Əlbəttə... Özünüz də yaxşı bilirsiniz ki, onlar da yalandan vaxtlarını sərf etmir. Nəyəsə görə, bu işlə məşğul olurlar.
 
- Bəs, konkret federasiya rəhbərliyi tərəfindən yeni idmançının Dağ Xizəyinə gəlişi üçün nə qədər büdcə ayrılıb?
 
- Konkret miqdar deməyəcəm. Çünki bu federasiyanın daxili sirridir. Amma onu qeyd edim ki, idmançının bileti, haradasa qalmağı, məşqləri üçün yerini təmin etmək üçün ödəniş edirik.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR