Dərc edildi: Baxış sayı: 512
İşgəncəyə məruz qalmış itin kimyaterapiya müalicəsinə başlanılıb
Bakıda işgəncəyə məruz qalaraq gözləri çıxarılmış itin kimyaterapiya müalicəsinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə heyvansevərlər tərəfindən sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, işgəncələrə məruz qalaraq gözləri çıxarılan, cinsiyyət orqanı kəsilən itin vəziyyəti stabil olaraq qalır. Onkoloji xəstəliyə görə götürülən analizlərin cavablarına uyğun olaraq, ötən gün it ilk kimyaterapiya müalicəsini alıb.
Xəstəliyin gedişində geriləmə müşahidə edilərsə, kimyaterapiya müalicəsi davam etdiriləcək.
Sağalmasına şans az olsa da, heyvansevərlər itin həyatının xilas ediləcəyinə ümid edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət