Slimfit
  1. AZƏRBAYCAN

İşğaldan azad olunmuş torpaqlarımızda mövcud olmuş idman obyektlərinin sayı açıqlandı

İşğaldan azad olunmuş torpaqlarımızda mövcud olmuş idman obyektlərinin sayı açıqlandı
Sakura

İşğaldan azad olunmuş torpaqlarımızda mövcud olmuş idman obyektlərinin sayı açıqlandı

Gənclər və İdman Nazirliyi azad edilən torpaqlarımızda işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını hazırlayıb.

Ens.az xəbər verirki,Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, işğaldan azad olunmuş Cəbrayıl, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında əvvəllər mövcud olmuş həmin qurğular bunlardır:

Cəbrayıl: Şəhər stadionu, Böyük Mərcanlı kənd stadionu, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları – altı ədəd

Zəngilan: Səməd Vurğun adına şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, futbol, voleybol, basketbol meydançası, Mincivan qəsəbə şahmat məktəbi, kənd futbol meydançaları – 13 ədəd

Ağdam: “İmarət” stadionu, “İdman şəhərciyi” İdman-Sağlamlıq Parkı, Güllə Atıcılığı Tiri, Şahmat Evi, Üzgüçülük Mərkəzi, kənd futbol meydançaları – 26 ədəd, kənd voleybol meydançaları – 26 ədəd

Qubadlı: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, şəhərdə voleybol meydançası – üç ədəd, kənd futbol meydançaları – 19 ədəd

Kəlbəcər: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, kənd futbol meydançaları – 14 ədəd

Şuşa: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, “Qarabağ” Pioner İdman Düşərgəsi, Şahmat Məktəbi, Şahmat Klubu, Güllə Atıcılığı Tiri, futbol-voleybol meydançası

Laçın: Şəhər stadionu, voleybol meydançaları – üç ədəd, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları – 28 ədəd, kənd voleybol meydançaları – 15 ədəd.

Qeyd edək ki, yaxın saatlarda işğaldan azad olunmuş Füzuli rayonunun da idman obyektlərinin siyahısı ictimaiyyətə açıqlanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR