Slimfit
  1. CƏMİYYƏT

İşğaldan azad olunan Cəbrayıl şəhəri və Soltanlı kəndində səsvermə seçici yüksək fəallığı ilə start götürüb

İşğaldan azad olunan Cəbrayıl şəhəri və Soltanlı kəndində səsvermə seçici yüksək fəallığı ilə start götürüb
Sakura

İşğaldan azad olunan Cəbrayıl şəhəri və Soltanlı kəndində səsvermə seçici yüksək fəallığı ilə start götürüb

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Cəbrayıl şəhərində və Soltanlı kəndində seçicilərin səs verməsi üçün məntəqələr fəaliyyət göstərir. Səhər saatlarından başlayaraq seçicilərin yüksək əhvali-ruhiyyə ilə aktivliyi müşahidə edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan Cəbrayılda çalışan işçilərin səsvermədə iştirakı üçün iki seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan biri - 80 saylı seçki məntəqəsi Cəbrayıl şəhəri ərazisində, 81 saylı məntəqə isə rayonun Soltanlı kəndi ərazisindədir.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin əhatə etdiyi 82 seçki məntəqəsi üzrə 54486 seçici qeydə alınıb ki, onlardan da səsvermədə ilk dəfə iştirak etmək hüququ olanların sayı 570 nəfərdir. İşğaldan azad olunan ərazilərdəki seçki məntəqələri də daxil olmaqla dairə üzrə bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi avadanlıqları ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst ifadə etmələri üçün kabinələr quraşdırılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR