Slimfit
  1. TƏHSİL VƏ KARYERA

İşğaldan azad edilmiş ərazilərdə təhsil alan şagirdlərin sayı...

İşğaldan azad edilmiş ərazilərdə təhsil alan şagirdlərin sayı...
Sakura

İşğaldan azad edilmiş ərazilərdə təhsil alan şagirdlərin sayı...

İşğaldan azad edilmiş ərazilərdəki 8 məktəbdə 800-dən çox şagird təhsil alır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu aprelin 12-də keçirilən "3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə" konfransında çıxışı zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir.

"Daha bir vacib məsələ müəllimlərin rifahının yaxşılaşdırılmasıdır. Son iki ildə 40 min müəllim sertifikasiyadan keçib və proses davam etdirilir. Bundan başqa, məktəblərdə internetə əlçatanlığın təmin edilməsi üçün də işlər aparılır. Hədəf məktəb üzrə hər altı uşağa bir kompüterin təmin olunmasıdır", - deyə nazir müavini qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR