Slimfit
  1. İQTİSADİYYAT

İşğaldan azad edilmiş ərazidə yeni zavod tikiləcək

İşğaldan azad edilmiş ərazidə yeni zavod tikiləcək
Sakura

İşğaldan azad edilmiş ərazidə yeni zavod tikiləcək

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu işğal altındakı torpaqların azad edilməsi üçün əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Bu gün cəbhədən gələn hər bir xoş qələbə xəbərlərini bütün xalqımız sevinclə qarşılayır.

Heç şübhəsiz əldə olunan uğurların təməlində Cənab Prezident İlham Əliyevin bütün istiqamətlər üzrə həyata keçirdiyi uğurlu siyasət dayanır. Ölkəmizdə daimi olaraq aparılan iqtisadi islahatlar nəticəsində biz bu gün güclü iqtisadiyyata və bunun da nəticəsində güclü orduya malikik. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrinin təzahürlərini biz bu gün bir daha aydın görür və əminik ki, gələcək illərdə də daha çox görəcəyik.

“Mətanət A” şirkətlər qrupu da bu günlərdə həm arxa cəbhəyə, həm də ön cəbhəyə var gücü ilə dəstək göstərməkdədir. Belə ki, 35 nəfər əməkdaşımız könüllü şəkildə ordu sıralarına qoşulmuş və 1 dəyərli əməkdaşımız torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur. Eyni zamanda şirkətimiz Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat maliyyə dəstəyi həyata göstərmişdir. Dövlətimizin, vətənimizin, milli iqtisadiyyatımızın inkişafına töhfə vermək bizim fəaliyyətimizin təməl prinsipidir. Xüsusi ilə cəbhəyanı ərazilərdə yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, sosial-iqtisadi rifahının yüksəldilməsi üçün Cənab Prezident İlham Əliyev qarşısında götürdüyümüz öhdəliyi bu gün də fəxrlə yerinə yetirməkdəyik. Cəmi 7 ay bundan əvvəl Qazax rayonunun cəbhəyanı ərazisində yerləşən Daşsalahlı kəndində Cənab Prezident İlham Əliyevin iştirakı ilə “AZERLİME” müasir əhəng zavodunun açılışını etdik. İndi də ənənələrimizə sadiq qalaraq yeni zavod tikib istehsala başlamağı işğaldan azad olan ərazilərdə də həyata keçirdəcəyik. Qeyd olunan istiqamət üzrə aidiyyəti icra hakimiyyəti strukturlarına müraciət edilmiş, nəzərə alınan kimi zavodun tikintisinə başlanacaqdır. Bu zavodlarda yüzlərlə insan çalışacaq. İnanırıq ki, ölkəmizin bütün bölgələrində uğurla davam edən iqtisadi inkişafa bu zavodlarımızda çalışacaq insanlar sayəsində Qarabağda da yeni-yeni uğurlar əlavə edəcəyik “Milli İqtisadiyyatın İnkişafına töhvə veririk” şüarı ilə işğaldan azad olacaq rayonlarımızda açılacaq zavodlar həm ölkəmizin iqtisadi yüksəlişində mühüm paya, həm də öz doğma yurd yuvalarına qayıtmış insanlar üçün məşğulluq mərkəzinə çevriləcək və sosial rifahın yaxşılaşdırılması üçün əlverişli şərait yaradacaq.

Cənəb Prezident İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə Azərbaycan yeni bir tarix yazır. Bizi qarşıda daha böyük işlər gözləyir. Məhz bu gün cəbhədən gələn qələbə xəbərləri bizi sevindirir və bunun fonunda bizə əlavə güc və motivasiya verir. Biz sahibkarlar bundan sonra da əzm və iradə ilə çalışmalı, daha güclü Azərbaycan naminə milli iqtisadiyyatımızın inkişafına öz töhfəmizi verməliyik.

 “Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Elxan Bəşirov

Mənbə: Apa.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR