Slimfit
  1. HÜQUQ VƏ FƏLSƏFƏ

İşədüzəltmə adı ilə vətəndaşları aldadan şəxsləri bu cəza gözləyir

İşədüzəltmə adı ilə vətəndaşları aldadan şəxsləri bu cəza gözləyir
Sakura

İşədüzəltmə adı ilə vətəndaşları aldadan şəxsləri bu cəza gözləyir

“Yeni açılmış xarici şirkətə 18-50 yaşlı işçilər tələb olunur. Maaş yüksəkdir”.

Bu cür elanlarla şəhərin küçələrində, elan tablolarında, son vaxtlar isə sosial şəbəkələrdə tez-tez rastlaşırıq.

Femida.az-ın araşdırmasına görə, bəzən işədüzəltmə adı altında vətəndaşlar müxtəlif işbazlar tərəfindən aldadılır, daimi iş yeri əldə üetmık istəyən şəxs əksinə maddi ziyana düşür. Dələduzlar vətəndaşlara yüksək maaşlı işlər vəd edərək bunun qarşılığında onlardan pul alır. Daha sonra isə onları çox çətin, sənətinə uyğunsuz, heç də vəd verildiyi kimi maaşı olmayan işlərə göndərirlər, yaxud ümumiyyətlə işə düzəltmirlər.

Bu cür hallarda vətəndaş nə etməlidir? İşə düzltmə firmaları ilə vətəndaş arasındakı münasibətlət hüquqi cəhətdən necə tənzimlənir?

Suallarımıza vəkil İlhamə Həsənova aydınlıq gətirib. Hüquq müdafiəçisi bildirib ki, ümumiyyətlə işədüzəltmə fəaliyyətini həyata keçirmək sahibkarlıq fəaliyyətidir. Bunun üçün isə işədüzəltmə bürosunun sahibi VÖEN almalıdır:

“İşədüzəltmə büroları işə götürənlə işə düzələn arasında vasitəçi funksiyasını yerinə yetirir. Amma bu ad altında saxta iş elanları verənlər dələduzluğa yol vermiş sayılırlar. Belə şəxslər Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb olunurlar. Bu bir növ insanların etibarından sui istifadə edib onları aldatmaqdır.

Bəzi firmalar var ki, elan üçün müraciət edən şəxslərdən müəyyən məbləğdə pul alırlar. Onlarla şərt kəsirlər ki, işə bu halda düzəldirik ki, ilk bir, iki, hətta üç ayın əmək haqqını bizə verməlisiz. Bu tamamilə qanunsuzdur. “Əmək haqqı bizə çatır” kimi şərt kəsilməsi hüquq pozuntusudur. İşədüzəltmə üçün müqavilədə müəyyən haqq nəzərdə tutula bilər. Yəni əvvəlcədən tərəflər arasında əqd bağlanmalı və orada vasitəçilik qarşılığında qonorar məbləği göstərilməlidir. Bu mülki qaydada tənzimlənir. Təbii ki, vasitəçilik göstərən şəxs də vergisini ödəməlidir”.

Vəkilin sözlərinə görə, saxta elanlar hamısı dələduzluq əməlidir. Burada ziyanın məbləğindan asılı olaraq həm inzibati, həm cinayət məsuliyyəti nəzərdə tutula bilər:

“Vətəndaşlar ayıq-sayıq olmalıdır. Onlar mütləq ödədiyi pulun qəbzini almalıdırlar. Vətəndaşdan ilkin ödəniş tələb edən şirkət mütləq onunla müqavilə bağlamalı, müqavilədə şirkətin hansı xidməti göstərəcəyi qeyd edilməlidir. Təbii ki, ilkin ödənişin nəyə görə alındığını qeyd etmək də şərtdir. Ödənişin qarşılığında kassa mədaxil qəbzi verilməlidir. Əgər bundan sonra vətəndaş aldadılarsa, həmin sənədlərlə bilrikdə hüquq-mühafizə orqanlarına şikayət etmək hüququ var.

Vətəndaşın əlində müqavilə varsa, məhkəməyə də müraciət edə bilər. Çünki bu həm də mülki müqavilə öhdəliklərinin icra olunmamasıdır. Əgər vətəndaşın əlində sənəd yoxdursa, aldadılıbsa, birbaşa polis orqanına müraciət etməlidir”.

Qanundan çıxarış

Cinayət Məcəlləsi, maddə 178. Dələduzluq

Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etməilə cəzalandırılır.

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR