Slimfit
  1. MARAQLI

İşdə mail necə yazılmalıdır?

İşdə mail necə yazılmalıdır?
Sakura

İşdə mail necə yazılmalıdır?

İşdə ilk gününüzdür və ya başqa bir şirkətlə işgüzar əlaqələr qurmalısınız. Bunun ən praktik və ağıllı üsulu hansıdır?

Araşdırmalara görə hər gün 200 milyarda yaxın e – poçt mesajı bir ünvandan digərinə göndərilir. İş saatlarının 28% - i e – poçt vasitəsiylə mesajlaşmağa həsr olunur.

Hər kəsin etdiyini siz də etmək istəyirsiniz? Əslində insanların çoxu e – poçt vasitəsiylə mesajlaşmağı düzgün həyata keçirmir. Marketinq mütəxəssisi Geoffrey Jamesə görə, ən düzgün formada və vaxta qənaət edəcək şəkildə mesajlaşmağın aşağıdakı üsulları var.

E – mail dən düzgün istifadə edin

Şirkət daxili mesajlaşmalarda sanki gündəlik yazırmışcasına mesaj yazan bir çox iş yoldaşınız ola bilər, lütfən onları nümunə götürməyin. Lazım bildiyiniz informasiyaları qeyd edin. Unutmayın ki, vaxt qızıldır.

Bir mesajı eyni zamanda bir neçə insana göndərməyin

CC - ə birdən çox insanı əlavə etmək, hər kəsə eyni mesajı eyni anda göndərmək məsləhət görülmür. Şirkətin ortaq e – poçt ünvanına mesaj göndərməyə çalışın.

Sadə sözlərdən istifadə edin

Mail yazarkən öz işinizlə əlaqəli texniki terminlərdən istifadə etməməyə çalışın, çünki bu ifadələr hər kəs tərəfindən anlaşılmaya bilər.

Sənədləri əlavədə göndərin

Əgər işinizlə bağlı bildirmək istədiyiniz məlumatlar varsa, bunları başqa bir sənəd şəklində əlavədə göndərin. Bununla da qarşınızdakı insan bu sənədi vaxtı olduqda daha ətraflı incələyəcəkdir.

Abzasları qısa saxlayın

Çatdırmaq istədiyiniz məlumatları qısa abzaslar şəklində yazmağınız daha düzgün hesab edilir.

Tamara Mustafayeva

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR