Slimfit
  1. İQTİSADİYYAT

İşçilərin əməkhaqlarının 50 faizini İşsizlikdən sığorta fondu maliyyələşdirəcək

İşçilərin əməkhaqlarının 50 faizini İşsizlikdən sığorta fondu maliyyələşdirəcək
Sakura

İşçilərin əməkhaqlarının 50 faizini İşsizlikdən sığorta fondu maliyyələşdirəcək

“Məşğulluq haqqında” Qanunun 25-ci maddəsinə əsasən, işə qəbul olunan işçilərin əməkhaqlarının 50 faizini İşsizlikdən sığorta fondu maliyyələşdirəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, “Məşğulluq haqqında” Qanunun 25-ci maddəsinə əsasən, işəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin göndərişi əsasında əmək müqaviləsi bağlayaraq müvafiq iş yerinə işə qəbul olunmuş işsiz şəxslərin əməkhaqqının 50 faizinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Bu zaman əməkhaqqından tutulmaları da (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) həmin fond maliyyələşdirəcək.

Proqramda:

  • son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə qədər yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;
  • son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən);
  • işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən;
  • Vakansiya Bankına müvafiq məlumatları təqdim edən;
  • kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan işəgötürənlər iştirak edə bilər.

Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

Əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində Vakansiya Bankına təqdim edilməlidir.

2 ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının 50 faizinin maliyyələşdirilməsi işin xüsusiyyətindən asılı olaraq 3 (üc), 6 (altı), 9 (doqquz) ay və yaxud 1 (bir) il müddətində Razılaşmaya uyğun həyata keçirilir.

Proqramda iştirak etmək istəyən işəgötürənlər Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR