Slimfit
  1. AZƏRBAYCAN

İşçilərə görə ödənilən yemək xərcləri ilə bağlı ciddi dəyişiklik

İşçilərə görə ödənilən yemək xərcləri ilə bağlı ciddi dəyişiklik
Sakura

İşçilərə görə ödənilən yemək xərcləri ilə bağlı ciddi dəyişiklik

Bizplus.az xəbər verir ki, Milli Mühasiblər Forumunun seminarında mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərov “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən mühum dəyişikliklər haqqında məlumat verib: “Qanunun “Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri” adlı 15-ci maddəsinə edilən dəyişikliyə diqqətinizi yönəltmək istəyirəm. Qüvvədə olan qanunvericiliyə əsasən, təşkilatda çalışan işçinin yemək xərcləri üçün ödənişlər üzrə sosial sığorta hesablanması həyata keçirilməli idi. Bu məqsədilə ödənilən xərc məbləği işçinin gəliri hesab edilir. Bu zaman boşluq yaranırdı ki, təşkilat öz mənfəəti hesabına işçisini yeməklə təmin edirsə, niyə həmin məbləği sosial ayırma hesablanmalıdır. Artıq yeni dəyişiklikdən sonra bu boşluq aradan qaldırıldı. “Sosial Sığorta haqqında” Qanuna edilən əlavəyə əsasən, sığortaedənin işçilərinin yeməklə təmin edilməsi ilə bağlı üçüncü tərəfə ödədiyi vəsaitə sosial sığorta haqqı hesablanmayacaq. Bu cür ödənişlər nəğdsiz olaraq aparılmalıdır.”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR