"İsa xilas edir" yazısı işlədi: yürüşçü həqiqətən dirildi
Minneapolisdə köynəyində “İsa xilas edir” etiketi olan marafon iştirakçısı məsafənin onuncu kilometrində öldü. Yerində reanimasiya aparan xilasedicilərindən biri İsa Bueno (Jesus Bueno - “Yaxşı İsa”) adlı həkim oldu. Xoşbəxtlikdən, zərərçəkmiş uğurla xilas edildi.
Həvəskar yürüşçü olan Tayler Mun hesab edirdi ki, hər il keçirilən Medtronic marafonunda hazırlıqsız on mil (16km təxminən) qaça bilər. O, nişanlısının qardaşının keçən il bu məsafəni heç bir problem olmadan necə keçdiyini görmüşdü, buna görə də 6 oktyabr tarixində Tayler heç bir qorxu olmadan başlanğıc mövqedə öz yerini tutdu. O, həmçinin iştirakçı nömrəsi lövhəsində adının yerində “İsa xilas edir” ifadəsini yazmaq hüququndan da istifadə etdi. Mun son olaraq bunu xatırlayır: o ilk mili hansı müddətə keçdiyini yoxlayır - məlum olur ki, səkkiz dəqiqədən azdır və hər şey plana uyğun gedir. Twin Cities Pioneer Press portalı xəbər verir ki, Taylerin arxasınca qaçan İsa Bueno səkkizinci mildə onun tam sürətlə üzü üstə yerə düşdüyünü görür.
Qəhrəman: sağda – Leyksvilldən olan tibb qardaşı-anestezioloq, 43 yaşlı İsa Bueno, solda – Tayler Mun və onun nişanlısı Emi Qrini
İsa tibb qardaşı - anestezioloq işləyir və dərhal problemdən şübhələnir - kişi nəfəs almırdı. Nəbzini yoxladı və Munun ürəyinin xaotik şəkildə döyündüyünü anladı. Bueno digər yürüş iştirakçıları və xidmət heyəti ilə birlikdə 15 dəqiqə ərzində Taylerin reanimasiya tədbirləri uğurla həyata keçirdi. Xəstəxanada məlum oldu ki, zərərçəkmiş az qala ventrikulyar taxikardiyadan öləcəkmiş. İndi Mun sağalır və onun sağlamlığını heç nə təhdid etmir. O, beş üz sümüyünü sındırıb, amma ürəyinin vəziyyəti yaxşıdır. Həkimlər izah ediblər ki, baş verənlərin səbəbi kəskin yükləndə olub. İsa son on ildir ki, tibb qardaşı olaraq işləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət