Slimfit
  1. BİOQRAFİYA

İsa Həbibbəyli

İsa Həbibbəyli
Sakura

İsa Əkbər oğlu Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri…

İsa Əkbər oğlu Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü.

İsa Həbibbəyli 1949-cu il, oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.

1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.

2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur (2005-2010). Hal-hazırda IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Elmi fəaliyyətinin əsas göstəriciləri

  • AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında «Ədəbiyyat nəzəriyyəsi» ixtisası üzrə təhsil almışdır (1974-1978). «XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası» mövzusunda namizədlik ( 57.15.01 - Ədəbiyyat nəzəriyyəsi) (1980), «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» (5716.01 -  Azərbaycan ədəbiyyatı tarixi;) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1996). Filologiya elmləri doktoru, professordur (1997).
  • 2001-ci ildə AMEA-nın müxbir üzvü (ixtisasın adı: Azərbaycan ədəbiyyatı)  , 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü (ixtisasın adı: Ədəbiyyatşünaslıq) seçilmişdir. 2001-ci ildənNyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
  • 2006-cı ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir.
  • 89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir.
  • 29 elmlər namizədi, 4 elmlər doktorunun elmi rəhbəri olmuşdur.  
  • Kitablarıː 12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 2 dərs vəsaitinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifidir.
  • Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva və b. dillərində çap olunmuşdur.
  • Tədqiqat sahəsi Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir. ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxıstan, Gürcüstan, Monqolustanvə başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış etmişdir.

Əsas elmi nailiyyətləri

  • XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının mərhələ və problemlərinin, Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şaxtaxtınski irsinin araşdırılması;
  • Romantik poeziyanın nəzəri problemlərinin, poetikasının tədqiq edilməsi; Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri; Satira haqqında nəzəri araşdırmalar; Ədəbiyyat nəzəriyyəsinin aktual problemləri.

Çalışdığı vəzifələr

  • Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru (1991-1996);
  • Naxçıvan Dövlət Universitetinin rektoru (1996-2013);
  • Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti (2013-cü ildən);
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru (2013-cü ildən).

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlük

  1. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü (1999),
  2. Azərbaycan Respublikası Dövlət Mükafatı Komissiyasının üzvü,
  3. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü (2001),
  4. Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (2006),
  5. Moskvada nəşr edilən “Beynəlxalq elmi jurnal”ın redaksiya heyətinin üzvü (2008)

İctimai-siyasi fəaliyyəti

  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (1998-2005)
  • Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2005-ci ildən).
  • Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri (2015-ci ildən).
  • Milli Məclisin Toponimiya Komissiyasının sədri (2015-ci ildən).
  • Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizamnamə Komissiyasının sədri (2013-cü ildən).
  • AMEA “Xəbərlər” jurnalının Baş redaktoru
  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat məcmuəsi”, “Poetika.izm”, “Ədəbi əlaqələr” jurnallarının Baş redaktoru
  • AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Dissertasiya Şurasının sədri

Əsərlərindən seçmələr

  • Romantik lirikanın imkanları. Bakı, “Yazıçı”, 1984
  • Ədəbiyyat nəzəriyyəsi. Bakı, ADPİ-nin nəşri, 2005
  • Cəlil Məmmədquluzadə. Bakı, “İşıq”, 1987
  • XX yüzyılın başlarında yaşayan Azerbaycan yazarlarının bioqrafiləri. Türkiyə, Ərzurum Atatürk Universiteti, 1992
  • Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, “Azərnəşr”, 1997; təkmilləşdirilmiş ikinci nəşri, Naxçıvan, «Əcəmi», 2009
  • Xalq şairi Məmməd Araz. Bakı, “Elm”, 1999
  • Dcalil Mamedkuluzade (Molla Nasreddin). Moskva, “Nauka”, 1999
  • Ustad Məhəmmədhüseyn Şəhriyar. Bakı, “Elm”, 1999
  • Şəhriyar dünyası. İran, “Zufa yayınları”, 2002
  • Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Bakı, 2002
  • Mollanəsrəddinçi karikatura ustası. Naxçıvan, “Gəmiqaya”, 2002
  • Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərlərilə. Pakistan, İslamabad, 2004
  • XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. Bakı, "Nurlan“, 2004
  • Ədəbiyyat (XI sinif). Müəlliflər kollektivi. Dərslik. Bakı, 2006; 2008; 2010
  • Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, “Nurlan”, 2007
  • Азербайджанская литература начала XX века. Москва, «Триада», 2008
  • Azərbaycanın mütəfəkkir yazıçısı Cəlil Məmmədquluzadə (ərəb dilində). Tərcümə edəni prof. Cəlal Hifnəvi. Misir, Qahirə, 2008
  • Cəlil Məmmədquluzadə (tanıtma kitabı). Azərbaycan, ingilis, rus və fransız dillərində). Naxçıvan, “Əcəmi”, 2009
  • Cəlil Məmmədquluzadə. Ukrayna, Sevastopol, «Delta», 2010
  • Cəlil Məmmədquluzadə. İran, Urmiya, 2010
  • Cəlil Məmmədquluzadə. Seçilmiş hekayələr (tərtib edəni və ön sözün müəllifi İsa Həbibbəyli). Macarıstan, Budapeşt, 2011

Təltif və mükafatları

  • 1999-cu ildə - Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.
  • 1999-cu ildə - Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • 1999-cu ildə - «Ankara universitetinin fəxri dostu adına layiq görülmüşdür.
  • 2001-ci ildə - Amerika Bioqrafiya İnstitutu tərəfindən «İlin adamı» seçilmişdir.
  • 2004-cü ildə - Türkiyə Cümhuriyyəti Dil Qurumunun «Üstün hizmət Baratı» ilə təltif olunmuşdur.
  • 2007-ci ildə - «Şöhrət» ordeni ilə təltif olunmuşdur.
  • 2009-cu ildə - «Şərəf» ordeni ilə təltif olunmuşdur.
  • 2009-cu ildə - Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının «İnformasiya aləminin elitası» diplomuna və «XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının (Mirzə Cəlil) və Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı «Elmi istiqamətin rəhbəri» » medalına layiq görülmüşdür.
  • 2009-cu ildə - Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun rəmzi mükafatına layiq görülmüşdür.
  • 2009-cu ildə - Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatına layiq görülmüşdür.
  • 2009-cu ildə - Naxçıvan MR Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib.
  • 2009-cu ildə - Naxçıvan MR Ali Məclisi Sədrinin Fəxri fərmanı ilə təltif edilib.
  • 2009-cu ildə - Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif edilib.
  • 2009-cu ildə - Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının və Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı elmi istiqamətinin rəhbəri” mükafatı ilə təltif edilib.
  • 2013-cü ildə - “The Name in Science Award” (“Elmdə ad”) mükafatına layiq görülmüşdür.
  • 2015-ci ildə - İsa Həbibəyli “Ustad Şəhriyar mədəniyyət medalı” ilə təltif edilib.
  • 2017-ci ildə - İLESAM-ın "Türk dünyası onur medalı" ilə təltif edilib.
  • 2018-ci ildə - Akademik İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin təşəkkürnaməsi ilə təltif edilib.

 

Məqalələr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR