İş yerini dəyişmək istəyən müəllimlərdən müsahibə götürülməsi nəzərdə tutulub?
Müəllimlərin yerdəyişməsi müsabiqəsinin iyun ayında keçirilməsi nəzərdə tutulur.
AzEdu.az xəbər verir ki, bu il ötən illərlə müqayisədə, müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişikliklərin edilməsi planlaşdırılmır.
Bəs iş yerini dəyişmək istəyən müəllimlərlə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulub?
AzEdu.az müəllimlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edir.
-Mövcud qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumi təhsil müəssisələrinə dəyişdirilməsi məqsədilə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Bu proses bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müəllimlərin iş yerinin dəyişdirilməsi mərhələsində onların əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərdiyi nəticələr nəzərə alınır. Bu müsabiqə nəticəsində iş yerini dəyişmək imkanı əldə edən namizədlər təsdiq üçün zəruri sənədləri İnsan resursları mərkəzinə təqdim edirlər.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət