Dərc edildi: Baxış sayı: 1047
İş yerində əsəbiləşənlər üçün – Stress zamanı özünü ələ almağın 5 sirri
Neyropsixoloq Oleq Molçanov stresli vəziyyətlərdə qısa müddətdə özünü ələ almağın ən effektiv üsullarını açıqlayıb.
Daha çox ətrafdakıların təsirindən yolda, küçədə, iş yerində əsəbləşən insanda kin, qəzəb, həyəcan hisslərindən qana yüksək miqdarda adrenalin sıçrayır. Stres hormonu insanda ürək döyünməni sürətləndirir, göz bəbəkləri genişlənir, psixi panika artır, stres daha da güclənir.
Çox zaman ürək dayanmasından ölüm faktları iş yerində əsəb partlayışından sonra baş verir. İnsana həmin anda özündən başqa heç kim kömək edə bilmir. Ətrafdakıların " özünü ələ al, sakitləş” sözləri daha da qıcıqlandırır.
Belə halda qanda adrenalinin səviyyəsini tez endirmək lazımdır. Bunun üçünsə bir neçə üsul var.
Medicina.az məşhur neyropsixoloqun həmin üsullarını təqdim edir.
1.Dərindən diafraqmal və qarından nəfəs al
Dərindən nəfəs alıb vermək orqanizmə və qana oksigenin axınını sürətləndirir, nəbzi qaydaya salır, qanda adrenalini azaldır.
Əgər təkliyə çəkilə bilsəz, burundan çox dərindən nəfəs alıb, ağızdan buraxın. 5-7 dəfə belə tənəffüsdən sonra halınız yaxşılaşacaq.
Əgər adam arasındasızsa, fikrinizi tənəffüsünüzə cəmləyib, heç nədən narahat olmadan, dərindən nəfəs alıb verin
2.Əzələlərinizi oynadın
Stres zamanı aktif əzələ hərəkətləri adrenalini qovacaq. Əgər küçədəsizsə, qaçın, yerə oturub qalxın, bir neçə idman hərəkətləri edin. Qapalı yerdəsizsə, əllərinizi yumruq kimi sıxın və yumruq atın. 10-15 belə hərəkət kifayət edəcək.
3.Dilini dişlə
El arasında tez-tez işlədilən " dilimi dişlədim” ifadəsi elə özümə gəldim mənasını verir. Gərgin əsəb zamanı öz dilinizi dişinizin arasında sıxın. Ağrı sizin fikrinizi yayındıracaq və orqanizmi özünə gətirəcək.
4.Vurma cədvəlini və ya telefon nömrələrini xatırlamaq
Sizi əsəbləşdirən nöqtədən fikri yayındırmaq üçün emosiyalara azadlıq verməmək üçün ideal variant fikrinizdə vurma cədvəlini xatırlayıb, rəqəmləri bir-birinə vurmaq və ya tanışların telefon nömrələrini yada salmaqdır. 3-4 dəqiqədən sonra siz nəyə hisrləndiyinizi unudacaqsız. Həm də kiminsə üstünə qışqırmaqdan xilas olacaqsız. Rəhbərliyin də gözündə ən ağıllı və dözümlü əməkdaş olaraq yüksələcəksiz.
Həmçinin stresə davamlılığı səhərlər soyuq-isti su ilə növbəli bədəni möhkəmlətmək də artırır. Həmçinin xoşbəxtlik hormonu olan serotonini artıran qidalardan çox yemək lazımdır: kakao, lobya, ispanaq, şokolad, meyvələr.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət