Slimfit
  1. CƏMİYYƏT

İş tətili yenə uzadılacaqmı? - Aprelin 20-dən sonra ola biləcəklər haqqında açıqlama

İş tətili yenə uzadılacaqmı? - Aprelin 20-dən sonra ola biləcəklər haqqında açıqlama
Sakura

İş tətili yenə uzadılacaqmı? - Aprelin 20-dən sonra ola biləcəklər haqqında açıqlama

"Bu məsələdə atılacaq növbəti addımlar vətəndaşların özlərini necə aparmasından asılıdır”.

 

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda koronavirusa yoluxmanın artdığı bir vaxtda karantin müddətinin uzadılması mümkünlüyü ehtimalına toxunarkən tibb elmləri doktoru Adil Qeybulla deyib.

 

Karantin müddətinin uzadılmaması üçün həmsöhbətimiz insanları bu müstəvidə qoyulan tələblərə tam əməl etməyə çağırıb: "Azərbayanda koronavirusla bağlı təhlükə artsa təbii ki, karantin müddətinin uzadılması mümkün və vacibdir. Bunun baş verməməsi üçün isə insanlarımızın karantin rejiminə tam əməl etmələri mütləqdir. Vətəndaşlarımız karantin rejiminə əməl edərək evdə qalsa yəqin ki, karantin rejiminin uzadılmasına ehtiyac qalmayacaq. Bu məsələdə atılacaq növbəti addımlar vətəndaşların özlərini necə aparmalarından asılıdır. Hər halda dövlət səviyyəsində virus təhlükəsinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görülür. Kifayət qədər karantin tədbirləri həyata keçirilib. İnsanların çölə çıxmasını tənzimləmək üçün onlar arasında SMS xidməti həyata keçirilr”.

 

A. Qeybullanın fikrincə, karantin rejimilə yanaşı sosial müdafiə tədbirlərinin gücləndirilməsilə virusla bağlı prosesi nəzarətə götürmək mümkün olacaq: "Bütün bunlarla yanaşı təbii ki, sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsinə ehtiyac var. İnsanların maddi durumu getdikcə pisləşir. Fikrimcə, bu kimi sosialyönümlü məsələlər də öz həllini tapsa, yəqin ki, karantin rejimi çərçivəsində aprelin 20-dən başlayaraq situasiyanın enmə xətti üzrə gedəcəyinin şahidi ola bilərik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR