Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İrsi xəstəliklər barədə məlumat

İrsi xəstəliklər barədə məlumat
Sakura

İrsi xəstəliklər barədə məlumat

Bu xəstəliyin baş verməsində səbəb dəriyə rəng verən melanin piqmentinin olmamasıdır. Hətta piqment ( rəng maddəsi) az olan insanlarda da rast gəlinə bilir. Albinoslu xəstələrin dərisi incə və ağ rəngli olur, saçlarının rəngi açıq sarı yaxud ağ olur. Nadir hallarda belə insanlarda əqli inkişafın geriləməsi müşahidə oluna bilir.

Daun sindromu.

21-ci xromosomun artıq olması - ikiləşməsi zamanı yaranan xəstəlikdir. Belə xəstələrdə özünəməxsus üz qurulişu müşahidə olunur. Digər insanlardan asanlıqla fərqləndirmək olur.

Belə xəstələr adətən zehni inkişafdan qalırlar, qavrama qabiliyyəti aşağı olur, danışmaqda çətinlik çəkirlər. Daha çox gec yaşlarında uşaq dünyaya gətirdikdə daun sindromunun rastgəlmə tezliyi yüksək olur.

Daun sindromlu xəstələr xüsusi məktəblərdə təlim keçərək müəyyən zehni səviyyəyə gətirilə bilir. Xəstələrin nitq və əzələ qüsurları müxtəlif müalicə üsulları ilə müəyyən səviyyəyə qədər aradan qaldırıla bilir.

Hemofiliya.

Qanın laxtalama sisteminin pozulmasıdır. Orqanizm qanın laxtalanmasını təmin edən bir sıra zülalları yarada bilmir və nəticədə yüngül xəsarət zamanı belə əmələ gəlmiş qanaxma zamanı, qanaxmanın qarşısını almaq qeyri-mümkün olur. Buna görə də hemofiliyalı xəstələrdə yaranan ən kiçik xəsarətdə belə həkimə müraciət etmək şərtdir.

Oraq hüceyrəli anemiya.

Bu xəstələrdə eritrositlərin quruluşu normadan bir qədər fərqlənir. Oraqhüceyrəli anemiyada eritrositlərin quruluşu orağı xatırladır. Bu forma eritrositlərin kifayət qədər iksigen daşımasının qarşısını alır. Bundan başqa anormal quruluş səbəbiylə eritrositlər bəzi damarların mənfəzini tutur, qan axımının qarşısını alır.

Rəng korluğu (Daltonizm)

Bəzi rəng tonlarının tam olaraq seçilməməsidir. Rəng korluğu olan xəstələr qırmızı, mavi, yaşıl rəngləri fərqləndirməyi bacarmırlar. Çox nadir hallarda bütün rəngləri görməyən, fərqləndirməyi bacarmayan, hər şeyi ağ-qara görən xəstələrə də rast gəlmək mümkündür.

Mənbə: Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR