Slimfit
  1. İDMAN

İrina Kindzerska: "Dünya çempionatı çox yüksək səviyyədə keçdi"

İrina Kindzerska: "Dünya çempionatı çox yüksək səviyyədə keçdi"
Sakura

İrina Kindzerska: "Dünya çempionatı çox yüksək səviyyədə keçdi"

“Dünya çempionatı çox yüksək səviyyədə keçdi. Çünki hər şey çox yaxşı təşkil olunmuşdu. İdmançılara yaradılan şəraitə görə ölkə prezidentinə və Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkür edirəm”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın cüdo üzrə qarışıq komandasının üzvü İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşdə Rusiyaya 1:4 hesablı məğlubiyyətdən sonra söyləyib.

78 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı fərdi yarışda 7-ci yeri tutmasına da toxunub. O, növbəti yarışlarda daha yaxşı çıxış etmək üçün səhvləri üzərində işləyəcəyini bildirib: “Ötən il 3-cü yeri tutumuşdum və həminkindən zəif çıxış etməyəcəyimə əmin idim. Ela alındı ki, ikinci görüşdə çox güc sərf etdim və bərpa üçün vaxt çatmadı. Növbəti rəqibim isə daha güclü oldu. Kimi gəldi günahlandırmaq olar. Lakin uğursuzluğa görə ilk növbədə özümü günahlandırıram. Demək, nəyisə düz etməmişəm. Öz səhvlərim üzərində işləyəcəyəm. Növbəti ildə etimadı doğrultmağa çalışacağam. Əsəbləşirsən, həyəcan keçirisən, bu da çıxışa mənfi təsir göstərir. Ona görə də məndə alınmadı”.

Qeyd edək ki, Azərbaycanın qarışıq komandası dünya çempionatında 5-ci yeri tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR