Slimfit
  1. İDMAN

İrina dünya üçüncüsü oldu

İrina dünya üçüncüsü oldu
Sakura

İrina dünya üçüncüsü oldu

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Yarışın 4-cü günündə qadınlardan ibarət yığmamızın üç üzvü mübarizəyə qoşulub.
Azvision.az xəbər verir ki, İrina Netreba ilk görüşdə Peru təmsilçisini sıradan çıxarıb. Millimizin üzvü 1/8 finalda İsveç güləşçisi üzərində qələbə qazanıb. Netreba 1/4 finalda çinli rəqibinə də aman verməyərək yarımfinala yüksələn ilk qadın güləşçimiz olub. Ancaq finalın bir addımlığında kanadalı güləşçiylə bacarmayıb.

İrina oktyabrın 24-də bürünc medal uğrunda amerikalı rəqiblə güləşib. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə 1 cərimə xalı alıb. Sonuncu xal yığmamızın üzvünün hesabına yazıldığından Netreba millimizin medal hesabını açıb.

Elis Manolova təsnifat mərhələsində italiyalı rəqibinə uduzub. Avropa çempionatının bürünc medalçısı Səbirə Əliyeva isə 1/8 finalda türk həmkarına müqavimət göstərə bilməyib. Amma Yasemin Adar finala çıxdığından Səbirə oktyabrın 24-də təsəlliverici görüşə çıxıb. Ancaq yaponiyalı həmkarına da uduzaraq, mübarizəni dayandırıb.

65 kq
Bürünc medal görüşü - İrina Netreba - Forrest Ann Molinari (USA) 1:1
1/2 final - İrina Netreba - Danielle Suzanne Lappaqe (CAN) 0:11
1/4 final - İrina Netreba - Çuyinq Tanq (CHN) 3:0
1/8 final - İrina Netreba - Henna Katarina Yohansson (SWE) 3:1
Təsnifat - İrina Netreba - Yanet Ursula Sovero Nino (PER) 6:2

68 kq
Təsnifat - Elis Manolova - Dalma Kaneva (İTA) 1:3

76 kq
Təsəlliverici görüş - Səbirə Əliyeva - Hiroe Minaqava Suzuki (JPN) 0:10
1/8 final - Səbirə Əliyeva - Yasemin Adar (TUR) 0:10
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR