Slimfit
  1. AZƏRBAYCAN

İri tutumlu sərnişin avtobusları dezinfeksiya edilir

İri tutumlu sərnişin avtobusları dezinfeksiya edilir
Sakura

İri tutumlu sərnişin avtobusları dezinfeksiya edilir

Bakı Beynəlxalq Avtovağzal kompleksi hazırki vəziyyəti nəzərə alaraq qabaqlayıcı tədbirləri gündəlik etməyə başlayıb. Bakıdan regionlara və beynəlxalq istiqamətdə sərnişin daşıyan avtobuslar hər reysdən əvvəl dezinfeksiya edilir. Bununla yanaşı profilaktik tədbirlər avtovağzal ərazisində də aparılır.

İri tutumlu sərnişin avtobusları dezinfeksiya edilir.

Avtobusların həm daxilində, həm də yük yerində virus əleyhinə profilaktik tədbirlər görülür.

Görüntülər Bakı Beynəlxalq Avtovağzal Kompleksindəndir. Qurum virus əleyhinə tədbirləri gücləndirib. Artıq rayonlara və beynəlxalq istiqamətdə sərnişin daşıyan avtobuslar hər gün reysə çıxmazdan əvvəl dezinfeksiya olunur.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədovanın sözlərinə görə, dezinfeksiya işləri istisnasız olaraq səfərə çıxan bütün avtobuslarda aparılır.

Pərvin Məmmədova deyir ki, bu işlər avtobuslarla yanaşı kompleks daxilində də aparılır. Həmçinin kassalar da fəaliyyətə başlamazdan əvvəl dezinfeksiya edilir.

Avtovağzalın mətbuat katibi əlavə edib ki,kompleksin bütün işçilərinə təlimat keçilir və onlar tibbi maska, əlcək və digər lazımi ləvazimatlarla təchiz ediliblər.

 

 

Mənbə: xezerxeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR