Slimfit
  1. CƏMİYYƏT

İri ticarət mərkəzləri nə zaman açılacaq?

İri ticarət mərkəzləri nə zaman açılacaq?
Sakura

İri ticarət mərkəzləri nə zaman açılacaq?

“İri ticarət mərkəzlərin açılması barədə hələ qərar yoxdur”.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, gələcəkdə bu məsələyə baxılması istisna deyil: “Epidemioloji vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri barədə məsələ də müzakirə olunaraq, bu barədə müvafiq qərarlar veriləcək”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, rayonlararası gediş-gəliş məsələsi də Operativ Qərargahda müzakirə olunacaq: “Bakı, Sumqayıt və Abşeronda yoluxma səviyyəsi yüksəkdir. Rayonlara gediş-gəlişin məhdudlaşdırılması da bundan irəli gəlir. Gediş-gəlişin açılması təmasları, yoluxma səviyyəsini artıra bilər. Qəbul ediləcək qərarlar barədə də ictimaiyyətə məlumat veriləcək”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR