Dərc edildi: Baxış sayı: 343
İri ticarət mərkəzləri bağlıdır: Məktəb alış-verişi necə olacaq?
Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur. Bu məsələ müzakirə olunur.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Atılan addımlar mərhələli xarakter daşıyır. Ötən illərdə olduğu kimi, bu il də valideynlərin məktəb alış-verişini etməsi üçün yarmarkalar təşkil olunacaqdır", - o bildirib.
Hikmət Hacıyev qeyd edib ki, şəhərlərarası nəqliyyat məsələləri hazırda müzakirə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət