Slimfit
  1. CƏMİYYƏT

"İri ticarət mərkəzləri açılanda uzun müddət satılmayan məhsulların qiyməti ucuzlaşa bilər"-Ekspert RƏYİ

"İri ticarət mərkəzləri açılanda uzun müddət satılmayan məhsulların qiyməti ucuzlaşa bilər"-Ekspert RƏYİ
Sakura

"İri ticarət mərkəzləri açılanda uzun müddət satılmayan məhsulların qiyməti ucuzlaşa bilər"-Ekspert…

Azərbaycanda tətbiq olunan karantin tədbirləri ilə əlaqədar olaraq pərakəndə satışla məşğul olan ticarət müəssisələrinin dövriyyəsi xeyli azalıb. Həm qida, həm də qeyri-ərzaq məhsullarında əhəmiyyətli azalma müşahidə olunur.

Yaxın gələcəkdə qeyri-ərzaq məhsullarının qiymətində azalma gözlənilirmi?

 

Ens.az xəbər verir ki, Məsələ ilə bağlı satış rəhbəri, ekspert Zamiq İbrahimov Sonxeber.az-a açıqlama verib.
O, bildirib ki, pərakəndə ərzaq mağazaları bazarında koronavirus dövründə əsasən həyat əhəmiyyətli qida məhsullarının satışı üstünlük təşkil edib. Bunlara un, qarabaşaq, makaron, şəkər tozu- yəni, gündəlik tələbat malları daxildir:

"Marketlər və tədarükçü şirkətlər əsas dövriyyəni bayram aylarında edirlər. Bu da dekabr və mart aylarında olur. Amma pandemiya dövründə bu məhsullar bayram aylarının satışının iki qatı qədər oldu. Böyük şirkətlərdə həm yerli, həm də xaricdən gətirilən makaronlar belə satılıb qurtardı. Digər məhsullarda isə satışlar 50 faizə yaxın aşağı düşdü. Qeyri-qida məhsulları, yuyucu vasitələr, şirniyyatların satışında isə azalma müşahidə olundu. Onu da qeyd edim ki, pandemiya dövründə ölkəyə məhsul gəlişi dayanmadı. Bildiyiniz kimi hər yer bağlansa da, yükdaşımalar dayanmadı. Ona görə də ölkəyə məhsul gəlişi yenə də davam edir və hazırda məhsul çatışmazlığı da yoxdur.

Qiymətlərin enməsi və qalxmasında heç bir şirkət buna cəhd etmir. Bəzi məhsullarda qiymət artımı oldu ki, o da xammala görə idi. Məsələn, süd məhsullarını götürsək, dünya bazarında südün qiyməti necə tənzimlənirsə, ona uyğun olaraq da yerli bazarda da qiymətlər bu formada tənzimlənir. Ona görə də süd məhsullarının qiymətində bahalaşma oldu. Qablaşdırılmış südlərin qiyməti hardasa 2 manat, 2 manat 20 qəpiyə kimi bahalaşdı. Əvvəllər bu məhsul 1 manat 70 qəpik- 1 manat 90 qəpik arası dəyişirdi. Amma qiymətlərin enəcəyinə inanmıram. Çünki bu qiymətlərin dəyişməsində dolların kursu da rol oynayır. Dollar bizim ölkədə stabil qalıb amma qonşu dövlətlərdə dollar bahalaşdığı üçün oradan alınan məhsullarda bir az bahalaşma olur. Məhsul ölkəyə baha qiymətə daxil olduğu üçün qiymətlər qalxır amma əvvəlki kimi yüksək olmur.

Qiymətlərin enməsi ilə bağlı onu deyə bilərəm ki, heç bir məhsulun qiymətində enmələr gözlənilmir. Ola bilsin ki, böyük ticarət mərkəzləri, Sədərək, Binə açılandan sonra bəzi enmələr olsun. Bu da neçə vaxtdır ki, satılmayan məhsulların satışında ola bilər".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR