Dərc edildi: Baxış sayı: 415
İrəvanla Ərəbistan arasında diplomatik əlaqələr quruldu
Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, uyğun protokol noyabrın 24-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə imzalanıb. Sənədi Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Suktan bin Abdalla əl-Luayan əl-Ankar imzalayıb.
Xatırladaq ki, noyabrın 24-də Ermənistan Baş naziri Nikol Paşinyan yaxın zamanda tərəflər arasında diplomatik münasibətlərin qurula biləcəyindən bəhs etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət