Slimfit
  1. DÜNYA

İrəvanın yeni hərbi müttəfiqləri: kimlər var?

İrəvanın yeni hərbi müttəfiqləri: kimlər var?
Sakura

İrəvanın yeni hərbi müttəfiqləri: kimlər var?

Fransa və Hindistanın ardınca Yunanıstan da Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək yolundadır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistana səfəri zamanı İrəvanda əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib:

“Birincisi, yunan nazir erməni həmkarı Suren Papkiyanla görüşdən sonra deyib ki, Ermənistan şirkətlərini Yunanıstanın hərbi sahədəki innovasiya araşdırmalarında iştiraka dəvət edib. İkincisi, Yunanıstanın hərbi təhsil müəssisələrinin kurslarında erməni hərbçilərin sayı artırılacaq. Üçüncüsü, Yunanıstan, Yunan Kipri və Ermənistan arasında hərbi ittifaqın gücləndirilməsi üçün yeni təşəbbüslər araşdırılacaq.

Fransa, Hindistan və Yunanıstanın hərbi sahədə Ermənistanla sıx əlaqələri olmasına rəğmən, bu ölkələrin Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşları Azərbaycandır, rəqəmlər də bundan xəbər verir. Fransanın “Total” şirkəti “Şahdəniz” yatağında paya malikdir və bunun hesabına qazanc əldə edir, Hindistan Azərbaycanı neftinin, Yunanıstan isə Azərbaycan qazının əsas alıcılarındandır. Buna baxmayaraq, Paris, Afina və Dehli Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirərkən, Azərbaycan amilini diqqətə almırlar. Əlbəttə, biz gəlirlərimizi artırmaq məqsədilə heç bir ölkə ilə iqtisadi əlaqələrdən imtina etməməliyik. Bununla yanaşı diplomatiyamız Ermənistana silah və hərbi texnika satan və qonşu ölkənin ordusunu gücləndirən ölkələrə bunun Azərbaycanda mənfi qarşılandığını da tez-tez xatırlatmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR