Slimfit
  1. COĞRAFİYA

“ İrəvan azərbaycanlılarındır ” ermənilər etiraf etdi...

“ İrəvan azərbaycanlılarındır ” ermənilər etiraf etdi...
Sakura

“ İrəvan azərbaycanlılarındır ” ermənilər etiraf etdi...

 “Elmi Araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın tarixi İrəvan şəhərinin və onun tarixi abidələrinin ermənilər tərəfindən məhv edilməsinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıyan, 28 may 2018-ci ildə İrəvanın Ermənilərə güzəştə getməsinin 100-cü ildönümünə həsr edilmiş “İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin təqdimatın oldu.

Telman Ali Qasımov Azərbaycanda erməni dilini səlis bilən az insanlardandır. Belə bir deyim var: Düşmənə qalib gəlmək istəyirsənsə, əvvəlcə onun dilini bilməlisən. Telaman bəy sübut elədi ki, həqiqətən düşmənin dilini bilməklə düşmənə qalib gəlmək olar. Filmin təqdimatına mən də dəvət olunmuşdum. İndiyəcən iştirak etdiyim təqdimatlardan fərqli və maraqlıydı. Həm də ilk təqdimatıydı ki, daxilən rahatıydım, Azərbaycanın vətəndaşı kimi sevinc hissləri keçirirdim.

Təsəvvür edin, düşmən öz diliylə Qərbi Azərbaycan torpaqlarının, İrəvanın tarixi abidələrinin azərbaycanlılara məxsus olduğunu etiraf edir, bəzi ermənilər öz dillərində İrəvan tarixini məhv etməkdə düzgün iş görmədiklərini təəssüflə bildirirlər.Filmdə irəvan şəhəri və məhv edilmiş abidələrinin görüntüləri var. Bəzi erməni sakinləri İrəvanda onlarla qonşu olmuş azərbaycanlılarla bağlı xatirələrindən bəhs edirlər və xatirələr faktlarla göstərilib. Sənədli filmə baxmaq hər bir azərbaycanlının borcudur.

 

Mənbə : Goyce.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR