Dərc edildi: Baxış sayı: 246
İraqın Ali İslam Şurasının prezidenti Azərbaycan liderini təbrik edib
İraqın Ali İslam Şurasının prezidenti Humam Hammudi Prezident İlham Əliyevi təbrik edib.
Ens.Az xəbər verir ki, təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Hörmətli cənab Prezident.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyur, Azərbaycan Respublikasına və xalqınıza davamlı tərəqqi, yüksəliş və rifah arzu edirik.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrin sülh, təhlükəsizlik, sabitlik və firavanlıq zəminində gücləndirilməsi əzmində olduğumuzu bildiririk".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət