Slimfit
  1. DÜNYA

İraqda ABŞ tərəfindən istifadə olunan neft yatağına raket zərbələri endirilib

İraqda ABŞ tərəfindən istifadə olunan neft yatağına raket zərbələri endirilib
Sakura

İraqda ABŞ tərəfindən istifadə olunan neft yatağına raket zərbələri endirilib

Raket hücumunda iranyönümlü şiə yaraqlıları şübhəli bilinir.

Ens.az bildirir ki, İraqın cənubundakı Bəsrə əyalətinin ərazisində Amerikanın Halliburton şirkəti tərəfindən işlədilən neft yatağına ən azı üç raket düşüb.

İraq komandanlığı qeyd edir ki, bir neçə ay ərzində ilk dəfədir ki, ABŞ-ın enerji infrastrukturuna hücum edilir.

Bəzi məlumatlara görə, əraziyə beş raket atılıb. Arəşin həyata keçirildiyi qurğu təhlükəsizlik qüvvələri tərəfindən Zubeir və Şueybu şəhərlərini birləşdirən yolun ərazisindən aşkarlanıb.

Bu ərazidən 11 istifadə olunmamış mərmi tapılıb.

Ciddi xəsarərlər yaratmadığı iddia olunan raket atəşlərinə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Təşkilatçıların axtarışı davam edir.

Ərazisində İraq neft ehtiyatlarının əhəmiyyətli bir hissəsinin yerləşdiyi Bəsrə vilayətində əsasən şiələr yaşayır. Əksər xarici və yerli işçilər koronavirus epidemiyası səbəbindən neft mədənlərindəki işlərindən təcrid olunub.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR