Dərc edildi: Baxış sayı: 453
İraq xalqı İran tərəfindən dominantlıq və idarə olunmaq istəmir - Tramp
“İraq xalqı İran tərəfindən dominantlıq və idarə olunmaq istəmir”.
SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində bildirib.
“ABŞ illər ərzində İraqa milyardlarla dollar ödəyib. Bu, onlar üçün etdiklərimiz arasında ən üst yerdə dayanır. İraq xalqı İran tərəfindən dominantlıq və idarə olunmaq istəmir, lakin nəticədə bu, onların seçimidir. Son 15 ildə İran İraq üzərində getdikcə daha çox nəzarəti ələ alıb və İraq xalqı bundan məmnun deyil. Bu, heç vaxt yaxşı bitməyəcək!”, - deyə ABŞ Prezidenti qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət