Dərc edildi: Baxış sayı: 521
İranlı olimpiya mükafatçısı koronavirusa yoluxdu
İran diskatanı Ehsan Həddadi koronavirusa yoluxub.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının rəsmi saytı açıqlama yayıb.
Həddadi 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O 2011-ci il dünya çempionatının bürünc medalçısı, 6 dəfə Asiya çempionu və 4 dəfə Asiya Oyunlarının qalibi olub.
35 yaşlı atlet 2008-ci ildə 69,32 metr göstərici ilə qitə rekordçusu adına sahib çıxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət