Slimfit
  1. CƏMİYYƏT

İranlı nazir müavini Bakıda görüşlərə başladı

İranlı nazir müavini Bakıda görüşlərə başladı
Sakura

İranlı nazir müavini Bakıda görüşlərə başladı

İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini və Dəmir Yolları şirkətinin direktoru Səid Rəsuli “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru və Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə müzakirələr aparmaq üçün dünən gecə Bakıya səfər edib.

Axar.az xəbər verir ki, səfər çərçivəsində tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıqlar, xüsusilə Rəşt-Astara dəmir yolunda son durum haqqında fikir mübadiləsi aparacaqlar.

Səid Rəsulinin Azərbaycan Dəmir Yolları QSC-nin direktoru Cavid Qurbanovdan başqa, Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə, o cümlədən iqtisadiyyat naziri ilə görüşü də nəzərdə tutulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR